Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Maye və qaz mexanikası şöbəsi

Maye və qaz mexanikası şöbəsi
Tel. (+994 12) 5390221
Faks (+994 12) 5390102 
Elektron poçtu geylani.panahov@imm.az,

pan_vniineft@rambler.ru 

Struktur bölmənin rəhbəri AMEA-nın mübir üzvi, texnika elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Pənahov Qeylani Minhac oğlu 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Maye və qaz mexanikası şöbəsi, hidroqazdinamika və neftmədən mexanikası problemlərini həll etmək üçün bir istiqamət olaraq Riyaziyyat və Mexanika İnstitutunun tərkibində fəaliyyət göstərir. Şöbənin fəaliyyəti, maye və qaz mexanikası problemi üzrə nəzəri, eksperimental və təcrübi-sənaye işlərinin yerinə yetirilməsi ilə əlaqədardır. Şöbədə fəaliyyət göstərən əməkdaşlar neftqazçıxarmada riyazi statistika, heterogen maye, qaz və dispers sistemlərin axın və süzülmələrində qeyri stasionar proseslər, riyazi modelləşdirmə, əməliyyatların tədqiqi və s. bu kimi istiqamətlərdə tədqiqatlar aparmaqla bərabər, enerjiyə və resurslara qənaətlə əlaqədar effektiv texnologiyaların yaradılmasını müvəffəqiyyətlə həll edirlər. 
Əsas elmi nəticələri Ağır, parafinli neftlərə fiziki sahələrin təsiri tədqiq olunmuş və göstərilmişdir ki, qeyri-Nyuton neftlərə təzyiqlə təsir etdikdə həcmi – struktur və üst qat dəyişilmələri kimi birgə effektlər meydana çıxır ki, bunlar da paramaqnit və elektrokinetik xüsusiyyətlərlə büruzə olunurlar.

Neftveriminin texnoloji proseslərində fraktal strukturların yaranmasını təyin edən diaqnostik üsullar işlənib hazırlanmış, bu strukturların əmələ gəlməsi və tənzimlənməsinin nəzəri və praktiki həlləri verilmişdir.

Reoloji mürəkkəb, qeyri müntəzəm sistemlərin boru və məsaməli mühitdə hidrodinamikası, və bu mühitlərdə qeyri xətti dalğaların paylanması tədqiq olunmuşdur.

Boru və məsaməli mühitlərdə müxtəlif maye axınlarında elektrokinetik proseslər tədqiq olunmuş, elektroözlülük effektinin olması göstərilmiş, dispers sistemlərdə kvaziperiodik və xaotik rəqslər nəzəri olaraq əsaslandırılmışdır.

Mayelərdə özlü-elastiki xüsusiyyətlər, onların eksperimental və MDH (maye dinamikasının hesabatı) tədqiq olunmuş, reoloji parametrləri tənzimlənən yeni sinif kompozit sistemlər yaradılmışdır. Belə sistemlər Rusiya federasiyasının Surqut, Nijnevartovsk, Perm, Lanqepas şəhərinin (Qərbi Sibir) bir çox neftqazçıxarma idarələrində yüksək təzyiqli qaz xətlərin su, kondensat və başqa mexaniki qarışıqlardan təmizlənməsində ümumi uzunluqlu 300 km-dən çox olan müxtəlif diametrli borularda, Şimali Qafqazda 273 km uzunluqlu “Qroznı-Budenovsk” benzin kəmərində, Azərbaycanda bütün dəniz neftqazçıxarma idarələrində qaz xətlərin təmizlənməsində müvəffəqiyyətlə istifadə olunmuş və indi də istifadə olunmaqdadır  (N.Nərimanov adına, Abşeronneft, Neft Daşları, Qum Adası NQÇİ-lərdə). Bu tərkiblər həmçinin ABŞ Meksika körfəzində, Almetyevskşəh. (Rusiya Federasiyası) qazılan neft quyularında müxtəlif mayeləri ayırmaq üçün istifadə olunmuşdur.

Bunlardan əlavə reoloji parametrləri tənzimlənən bu kompozit sistemlərRusiya Federasiyasında LUKOIL və TNŞ-nin bir çox yataqların böyük qaz faktorlu 100-dən artıq quyusundaistifadə edilmişdir.

Qeyri-Nyuton mayelərin axınlarında və süzülmələrində keçid proseslər, süzülmə prosesinə fiziki sahələrin təsiri, sıxışdırma prosesinin riyazi modelləşdirilməsi və s. bu kimi nəzəri və eksperimental işlər neftqaz mexanikasında bir çox yeni yaxınlaşmalar üçün əsas olmuş və bir çox qabaqcıl texnologiyaların yaradılmasına zəmin yaratmışdır. Burada fraktal strukturun inkişafında, sərhəddə yaranan fluktuasiyanın lokal təzyiq vasitəsi ilə tənzimlənməsinin mümkünlüyü göstərilmiş və yeni texnoloji üsul işlənib hazırlamışdır.

Məsaməli lay mühitlərində yüksək keçiricilikli kanallarda sədd yaradaraq süzülmədə əhatə dairəsinin genişləndirmək məqsədi ilə laydaxili kvaziperiodik köpük yaratmasının nəzəri və praktiki əsasları işlənib hazırlamışdır.

Neft yataqlarında sıxışdırmada istifadə olunan qeyri tarazlıq və eynifazalı halı tənzimləyən fazadəyişilməsinə nail olunmuş və ünvanlı təsir üsul təklif edilmişdir. Bu istiqamətdə yaradılan texnologiyalar lay verimini artırmaq məqsədi ilə AzNEFT İstehsalat Birliyinin Binəqədi yatağında, Qərbi Sibirdə Tyumen neft Şirkətinin, AB1-3, AB4-5, BV­8, BV10, ЮВ10, ЮВ11 laylarının 100-dən çox quyusunda, LUKOİL və Slavneft şirkətlərinin 10-larla quyusunda, Çin Xalq Respublikası “Cyunyuan-Sinopek” Neft Şirkətinin 20 vurucu və 50 istismar quyusunda, “CNOOC” Neft Şirkətinin Bohai Bay dəniz neft yatağının, “Petrochina” Neft Şirkəti Jidong neft yatağında 5 vurucu quyusunda və həmçinin ABŞ Oklahoma ştatının 3 su vurucu quyusunda həyata keçirilmişdir.

Heterogen sistemlərdə qaz əlavələri olduqda onlarda yaranan bəzi struktur dəyişilmələri və mühitdə adsorbsiya prosesinə təsir etməyin mümkünlüyü göstərilmişdir.

Dispers sistemlərdə qaz qabarcıqları ilə bir yerdə deformasiya olunan mayenin dinamikası məsələsinə baxılaraq onun həlləri verilmişdir. Qaz-maye sistemlərinin geniş eksperimental və nəzəri tədqiqatları əsasında tam yeni effekt – təzyiq doyma təzyiqindən yüksək olduqda mayedə qaz mikrohissəciklərin yaranması, sıxışdırmada effektivliyinin 1,5-2 dəfəyə qədər artmasına gətirdiyi təsdiq olunmuşdur.

Qaz yataqlarında gilli laylarda adsorbsiya olunmuş qazın, işlənmənin istənilən mərhələsində desorbsiyasının təmin edilməsinin mümkünlüyü göstərilmişdir.

Layda sıxışdırmada neftin və suyun özlülüklərinin və xüsusi çəkilərinin laydaxilində yaranan «nəm» karbon qazı vasitəsi ilə tənzimlənə bilən təzə effektiv texnoloji həll verilmişdir.

Deformasiya olunan borularda yerləşən ikifazalı barotrop mayedə dalğa məsələlərinə baxılmış və bir sıra həllər alınmışdır.

Laydan neftin su ilə sıxışdırılması prosesinin effektivliyinin artırılması məqsədi ilə kapilyar təzyiq müqavimətini dəf etməyə imkan verən periodik dəyişən hidrodinamik təzyiqin yaradılmasının elmi əsaslandırılmış texnoloji üsulu təklif edilmişdir.

Qeyribircins məsaməli mühitlərdə neftin sıxışdırılmasında axında olan maye ilə immobil zonada olan durğun neftin “sürünmə” effekti ilə çıxarılması əsaslandırılmış və bu neftin hərəkət etdirilməsini yazmaq üçün “yağlanma” nəzəriyyəsinin tənliklərindən istifadə edilərək çıxan maye miqdarı üçün ifadə alınmışdır.

Çoxfazalı flüidlərin süzülmə və axınlarında qeyri stasionar halların yaranmasına elektrokinetik göstəricilərin təsirləri tədqiq olunmuş, özlülükləri yaxın olan mayelərdə elektrikkeçiricilikdə fərqin yaranmasının sıxışdırmada müntəzəmliyinin pozulmasına gətirib çıxarıldığı təsdiq olunmuşdur.

Temperatur dəyişmələrin maye-qaz sistemlərində qaz ayırılmalarında mikroqaz mərkəzlərin və qabarcıqlarının yaranması, onların parçalanması, koalessensiyası və s., təzyiq dəyişilmələlərinin isə, yüksək tezlikli dalğa dəyişilmələrinə gətirdiyi müəyyən edilərək, bunların axınlara təsirləri əsaslandırılmışdır.

Heterogen karbohidrogen mayelərdə özlülükdə anomallığın olması, belə mayelərdə ilkin gərginliklərdə özlülüyün azalma və çoxalmasının eyni zamanda baş verdiyi qeyd olunmuş, bunun kinetikası yazılaraq həlli verilmişdir.

Mayedən qazın, boru ilə kontaktında temperaturalar fərqindən ayrıldığı və onun hidravliki müqavimətlərə təsirləri tədqiq olunmuş və göstərilmişdir ki, neftin  boru ilə kontaktdakı temperaturlar  fərqinin minimal qiymətində borunun buraxma qabiliyyətinin maksimal olunması əsaslandırılmışdır.

Şöbənin əməkdaşları 55-dən artıq Rusiya Federasiyası, Azərbaycan Respublikası və Avrasiya patentlərini və 6 elmi qrant almışdır.

Əməkdaşlardan bir nəfəri AMEA-nın Fəxri Fərmanı, iki nəfəri RTEA-nıntəsis etdiyi V. Vernadski adına gümüş medalı, bir nəfəriakademik Azad Mirzəcanzadə adına gümüş medalı ilə təltif olunmuşdur.