Dalğa dinamikası şöbəsi

Tel. (+994 12) 4988708,

(+994 55) 3069121 

Faks  
Elektron poçtu cafar.agalarov@imm.az,

agalarov_jafar@rambler.ru 

Struktur bölmənin rəhbəri Fizika-riyaziyyat elmləri doktoru, professor Ağalarov Cəfər Həsənağa oğlu
İşçilərin ümumi sayı 16 
Əsas fəaliyyət istiqamətləri  Deformasiya olunan bərk cisimlərdə (izotrop və anizotrop) dalğaların yayılma hadisəsinin tədqiqi. Zərbə və dağılma məsələləri. Yeni həll metodlarının yaradılması. 
Əsas elmi nəticələri İp, membran və torların dinamikası nəzəriyyəsi yaradılmış, çevik rabitələrdə dalğa hadisəsinin eksperimental tədqiqi metodları və materialların dinamik xassələrinin təyin edilməsi üsulları işlənib hazırlanmışdır. Zərbə və konstruksiya elementlərinin dağılmasına dair, o cümlədən mürəkkəb strukturlu materiallar üçün, çoxlu sayda bir və çoxölçülü məsələlər həll edilmişdir. Dünya elmi praktikasında ilk dəfə olaraq düzbucaqlı prizmalarda qeyri-stasionar dalğaların yayılması hadisəsi dəqiq, üçölçülü nəzəriyyə bazasında tədqiq edilmış və uyğun analitik həllər alınmışdır. Dinamik dağılma hadisəsi də həmçinin ilk dəfə olaraq, eyni xətt üzərində olmayan, müxtəlif istiqamətli dağılmalar üçün nəzəri və eksperimental olaraq tədqiq edilmiş və real nəticələr alınmışdır. Maye və elastiki mühitlə doldurulmuş silindrik və sferik örtüklərin bütöv mühitdə stasionar və qeyri stasinar hərəkətləri tədqiq olunmuşdur. 

Qeyri dairəvi lövhə və membranın  hərəkətləri tədqiq olunub. Üçölçülü elastikodinamika məsələlərinin ümumi həll tapılması üçün sərhəd şərti tənliklərindən 4 naməlum funksiyanın tapılma problemi həll edilmişdir. Bubnun üçün dalğa tənliyinin yeni həllərindən istifadə olunmuşdur.