Funksional analiz şöbəsi

Tel. (+994 12) 5632576,

(+994 50) 6370902

Faks  
Elektron poçtu hamidulla.aslanov@imm.az,

aslanov.50@mail.ru

Struktur bölmənin rəhbəri Fizika-riyaziyyat elmləri doktoru, professor Aslanov Həmidulla İsrafil oğlu
İşçilərin ümumi sayı 20
Əsas fəaliyyət istiqamətləri  Diferensial operatorların spektral nəzəriyyəsinin və spektral analizin düz və tərs məsələlərinin tədqiqi. 
Əsas elmi nəticələri Banax fəzalarında operatorların spektrinin və ədədi oblastının quruluşunun tədqiqi. Birtərtibli hiperbolik tənliklər sistemi üçün yarımoxda və bütün oxda səpilmənin düz və tərs məsələlərinin həlli. Kəsilən əmsallı diferensial operatorların məxsusi funksiyalar sisteminin bazislik xassəsinin öyrənilməsi.Qeyri-requlyar sərhəd məsələlərinin məxsusi və qoşulmuş funksiyalar sisteminin çoxqat tamlığının tədqiqi. Sərhəd şərtlərində kəsilmə olduğu halda Şturum-Liuvill operatorunun tədqiqi. Normallı cəbrlərdə Tenzor radikallarının qurulması. Operator-diferensial tənliklərin Qrin funksiyasının tədqiqi. Elliptik operator  diferensial tənliklər üçün sərhəd məsələlərinin həll oluna bilməsi. Qallton-Vatson şaxələnən prosesləri üçün limit teoremlərinin alınması. Markov prosesləri üçün qeyri-xətti sərhəd məsələlərinin tədqiqi. Çevrə üzrə ixtiyari parametrlərlə hərəkət edən hissəciklərin riyazi modelinin qurulması.