Beynəlxalq əlaqələr, informasiya və koordinasiya şöbəsi

Tel. (+994 12) 4499221  
Faks (+994 12) 4499221  
Elektron poçtu afig.mammadov@gmail.com 
Struktur bölmənin rəhbəri Afiq Tofiq oğlu Məmmədov 
İşçilərin ümumi sayı 8
Əsas fəaliyyət istiqamətləri  İnstitutun beynəlxalq əlaqələrinin qurulması, aparılması və inkişafı;

Beynəlxalq və regional təşkilatlar, genbanklar, xarici ölkələrin elm mərkəzləri ilə müntəzəm ünsiyyət;

Genetik ehtiyatların informasiya sistemi üzrə elmi tədqiqatların aparılması;

BGE üzrə ümumrespublika şəbəkəsinin fəaliyyətinin əlqələndirilməsində iştirak;

Azərbaycanın genetik ehtiyatlarının inventarlaşdırılması, kompüter məlumat bazalarının yaradılması və inkişafı, Milli İnformasiya Mübadiləsi Mexanizminin və Mərkəzi Məlumat Bazasının idarə olunması;

Genetik ehtiyatların sənədləşdirməsi və məlumat bazası üzrə təlim və seminarların keçirilməsi;

Kütləvi informasiya vasitələri, məlumat agentlikləri, beynəlxalq təşkilatların bülletenləri və internet səhifələri üçün informasiya, arayış, hesabat, təbliğat xarakterli məqalə, poster və bukletlərin hazırlanması;

Institutun internet səhifəsinin (www.genres.az), FAO-nun internet portalında Azərbaycanın bitki genetik ehtiyatlarına aid səhifələrin (http://www.pgrfa.org/gpa/aze/welcome.htmx), AMEA-nın portalında (www.science.az)  instituta aid səhifələrin yenilənməsi;

İnstituta aid informasiyaların, bitkilərin öyrənilməsi üzrə deskriptorların və digər ədəbiyyatın, layihə və qrant materiallarının tərcümə işləri;

İnstitutun beynəlxalq layihələrdə iştirakının texniki tərəflərinin həlli;

Əməkdaşların xaricdə keçirilən elmi və təşkilati tədbirlərdə iştirakı ilə bağlı  məsələlər;

İnstitutun kompyuter şəbəkəsinin idarə olunması, kompyuter avadanlığına texniki və proqram xidmətlərinin göstərilməsi. 
Əsas elmi nəticələri Azərbaycanın Bitki genetik ehtiyatları üzrə informasiya sistemi yaradılmışdır.

Mərkəzi Məlumat Bazası, Milli genbankın informasiya sistemi, Milli İnformasiya Mübadiləsi Mexanizmi və s. yaradılmışdır.

Müxtəlif bitkilərin xalq seleksiyası sortlarının və yabanı əcdadlarının biocoğrafi tədqiqi aparılmışdır.

Yeni yaradılmış və məlum informasiya vasitələrinin köməyi ilə Azər­­baycanın BGE üzrə milli kolleksiyalarının taksonomik müxtəlifliyi qiy­­mət­ləndirilmişdir, ex situ kolleksiyalarda olan boşluqlar müəyyənləşdiril­miş, bunun əsasında toplanma və bərpa fəaliyyətləri üçün tövsiyələr hazır­lanmışdır.