Bitki fiziologiyası şöbəsi

Tel.  
Faks  
Elektron poçtu

aramiz@box.az 

Struktur bölmənin rəhbəri Ramiz Tağı oğlu Əliyev

Biologiya üzrə elmlər doktoru, professor  

İşçilərin ümumi sayı 13 
Əsas fəaliyyət istiqamətləri  Kənd təsərrüfatı bitkiləri və onların yabanı formalarının abiotik stres amillərə davamlılığı və tolerantlığın fizioloji-genetik əsaslarının öyrənilməsi 
Əsas elmi nəticələri Laboratoriya diaqnostik metodlarından istifadə edilməklə 500-dən çox kənd təssərüfatı bitki nümunələrinin quraqlıq və duzluluq streslərinə davamlılıq dərəcələri təyin edilmiş və seleksiya proqramları üçün təkliflər verilmişdir.

Müəyyən edilmişdir ki, stres amillər, bitki hüceyrəsi genetik sistemlərində ciddi struktur və funksional dəyişmələrə səbəb olur. Davamlı bitki nümunələrində genomun aktiv hissəsi olan euxromatin DNT-sinin miqdarı artır və müvafiq olaraq RNT sintezi də intensivləşir. Bu da hüceyrə genetik aparatının  fizioloji labilliyinin və funksional fəallığının yüksədiyini göstərir.  Həssas nümunələrdə isə əksinə, stesin təsirindən nuklein turşularının deqradasiyası baş verir. Stresdən sonra Hib+Kin fitohormon kompleksi tətbiq edildikdə həm davamlı, həm də həssas bitki nümunələri genomunda kəskin aktivləşmə prosesi müşahidə edilir.  Bütün bunlar stres amillərin və fitohormonların təsir mexanizminin genomun quruluş vəziyyəti və funksional fəallığın dəyişilməsi ilə əlaqədar olduğunu göstərir.

Tədqiqatlarla sübut edilmişdir ki, bitkilərin stres amillərə davamlılığında nüvə genetik sistemi ilə yanaşı mitoxondri və xloroplast genetik sistemlərinin də önəmli rolu vardır. Davamlı genotiplərdə mitoxondri və xloroplastlarda gen ekspresiyasının yüksəldiyi müşahidə edilmişdir ki, bu da orqanoidlərin funksional fəallığının artmasına və hüceyrənin enerji təminatının yaxşılasmasına kömək edir.

Stres amillər bitki yarpaqlarında xlorofil sintezinin depresiyasına səbəb olur ki, bu da fotosintez intensivliyinin dəyişməsində özünü bürüzə verir. Stres təsirindən xlorofil (a+b)-nin miqdarının azalması, əsasən xlorofil a-nın hesabına baş verir, xlorofil b-nin miqdarında isə ciddi dəyişmələr müşahidə edilmir.

Qarşıdakı illərdə bitki davamlığının molekulyar-genetik əsaslarının öyrənilməsi, ayrı-ayrı genlərin və ya gen bloklarının aşkar edilməsi və onların identifikasiyası istiqamətində işlərin aparılması nəzərdə tutulur.