İmmunogenetika şöbəsi

Tel.  
Faks  
Elektron poçtu sh.haci@yahoo.com    
Struktur bölmənin rəhbəri H.M.Şıxlinskib.e.d., dosent
İşçilərin ümumi sayı 14
Əsas fəaliyyət istiqamətləri  Kənd təssərüfatı bitkilərinin xəstəlik və zərərvericilərlə sirayətlənməsinin təbii və süni fonda fitopatoloji və immunoloji qiymətləndirilməsi əsasında müxtəlif xəstəlik və zərərvericilərə tolerant və davamlı bitki formalarının aşkarlanması və onların genbanknın yaradılması və onlardan səmərəli şəkildə istifadə olunması. Müxtəlif ölkələrdən introduksiya olunmuş bitki sortnümunələrinin karantin xəstəlik və zərərvericilərinin aşkarlanaraq, onlara qarşı inteqrir mübarizə tədbirlərinin həyata keçirilməsi. Həmçinin, xəstəliklərin araşdırılması məqsədi ilə ekspedisiyaların və monitorinqlərin təşkili, xəstəliklərin seroloji(TBIA, ELISA) və molekulyar-genetik (DNT  RNT ekstraksiyası, PCR, RT-PCR , Electroforez) tədqiqi, xəstəliklərin sirayətləndirdiyi bitkilər, süni sirayətləndirmə, məhsul itkisi və nəzarət.  
Əsas elmi nəticələri İstər təbii, istərsə də süni fonda aparılan fitopatoloji və immunoloji qiymətləndirilmə nəticəsində immun, yüksəkdavamlı, davamlı və tolerant bitkilər aşkar edilmişdir ki, onlardan seleksiya işlərində davamlılıq donor materialı kimi xəstəlik və zərərvericilərə davamlı və tolerant yeni kənd təsərrüfatı bitki sortlarının yaradılmasında istifadə olunması tövsiyə olunur.
Azərbaycanda, ilk dəfə olaraq dənli taxıl və paxlalı bitkilərin mədəni  və yabanı növlərində Bean leafroll virus, Beet western yellows virus, Chickpea chlorotic stunt virus, Faba bean necrotic yellows virusPea seed-borne mosaic virusBarley yellow dwarf virus və Cereal yellow dwarf virus aşkar edilərək onların nukleotid ardıcıllığı müəyyən edilmiş və yeni ayzolitlər (noxud-HQ180352; mərcimək-HQ180353; noxud-HQ199306; noxud-HQ199305; noxud-HQ180354; paxla-GQ371215; mərcimək-GQ351600; Triticum aestivum L.-JX275850; JX275851; Triticum turgidum L.-JX275855; Triticum dicoccoides L-JX294311; Avena sativa L.-X275857; JX294312) hazırlanaraq beynəlxalq genbankda qeydiyyatdan keçirilmişdir.