Tərəvəz və bostan bitkiləri şöbəsi

Tel. (+994 12) 5628625 ( 109)  
Faks  
Elektron poçtu hasanov_sabir@rambler.ru  
Struktur bölmənin rəhbəri b.e.n. Həsənov Sabir Ramazan oğlu 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Respublikada yayılmış tərəəvəz və bostan bitkilərinin genetik ehtiyatlarının toplanması , öyrənilməsi və tədqiqi 
Əsas elmi nəticələri

Son beş ildə laboratoriya tərəfindən pomidorun 3 yerli seleksiya sortu, 16 introduksiya sortuvə 12 yerlisort-formasınıntoxumlarıartırılmış, onlarıniçindən 2 dahaperspektivnümunəseçilmişdir.

Bibərin 4 yerli seleksiya sortu, 14 introduksiya sortu və 6 yerli sort-formasının toxumları artırılmış, 4 perspektiv sort-forma seçilmişdir.

Acı bibərin 1 Odlu sortu yaradılaraq Dövlət sort sınağına verilmişdir.

Badımcanın 4 yerli sort-forması və 8 introduksiya sortunun toxumları artırılaraq kolleksiyaya daxil edilmişdir.

Yabanı soğanların 12 növünün əkin materialı (soğanaqları), baş soğanın 4 yerli sortunun toxumları toplanmış, 2 sort və 4 yabanı növ sitogenetik analiz edilmişdir.

Səbzə-tərəvəzlərin (bir illik) yerli populyasiyalarının toxumları toplanılaraq kolleksiyaya daxil edilmişdir.

Bostan bitkilərinin vaxtilə Respublikada becərilən yerli və intoduksiya sortlarının və hibridlərinin toxumları əldə edilmiş, artırılaraq uzunmüddətli saxlanmaq üçün təhvil verilmişdir. (Qarpız 4, Qabaq 3, Yemiş 18).Yemişin Nazlı sortu yaradılaraq Dövlət sort sınağına verilmişdir.