Ekobotanika və sistematika şöbəsi

Tel. (+994 12) 5629171  
Faks (+994 12) 4499221  
Elektron poçtu askerov1@mail.ru  
Struktur bölmənin rəhbəri b.e.d. Əsgərov Aydın Musa oğlu 
İşçilərin ümumi sayı 13 
Əsas fəaliyyət istiqamətləri 

1. Mədəni bitkilərin yabanı əcdadlarının (qida, dərman, yem, meyvə, yabanı tərəvəz, dekorativ) ekobotaniki və sistematik (o cümlədən molekulyar filogenetik) təhlili, morfobioloji müxtəlifliyinin və senopopulyasiyalarının öyrənilməsi.

2. Bitki genetik ehtiyatlarına aid taksonların biotoplarının, ekoloji qruplarının, hündürlük qradientlərinin, həyat formalarının tədqiqi.

3. Ekoloji faktorların təsiri altında (bitki genetik ehtiyatlarının) xarici və daxili quruluşlarında baş verən biomorfoloji dəyişkənliklərin tədqiqi.

4. Nadir, nəsli kəsilməkdə olan və endem növlərin ekobotaniki tədqiqi, onların senopopulyasiyalarının qiymətləndirilməsi, bərpası üçün toxum və digər rüşeym plazması materiallarının toplanılması və mühafizə tədbirlərinin işlənib hazırlanması.

5.Ekoloji botaniki və sistematik tədqiqatların nəticəsi  olaraq bitki genetik ehtiyatlarının təsnifatının təkmilləşdirilməsi, onların səmərəli istifadəsi, bərpası və mühafizəsi üzrə strategiyaların müəyyən edilməsi. 

Əsas elmi nəticələri

Elmi ekspedisiyaların təşkili və müasir tədqiqat metodlarının tətbiqi nəticəsində Azərbaycan florasının mədəni bitkilərinin yabanı əcdadlarının orijinal təsnifatı işlənib hazırlanmış, mühüm ərzaq və kənd təsərrüfatı əhəmiyyətli cinslərə daxil olan növlərin bioekoloji xüsusiyyətləri tədqiq edilmiş, beynəlxalq standartlara uyğun herbari fondu yaradılmış, nadir, nəsli kəsilməkdə olan və endem növlər ekoloji qiymətləndirilmiş, onların bərpası üçün tədbirlər sistemi işlənib hazırlanmış, bir qismi Azərbaycanın “Qırmızı kitabı”nın yeni nəşrinə daxil edilmiş, Azərbaycan florasının endermləri və subendemləri yenidən təftiş edilmişdir (146 endem, 402 subendem).Toplanılmış hermplazma  materialları Azərbaycanın Mərkəzi Genbankına  təhvil verilmişdir. Müasir metodlarla və elmi ekspedisiyalarla Azərbaycanın Böyük Qafqaz regionunda 37 fəsilə 149 cinsə aid 1093 növ (yabanı əcdadlar) aşkar edilmiş, onların 4 genofond qruplarına aid olması müəyyən  edilmişdir. Təhlil nəticəsində bir çox yeni növlər aşkar edilmiş və çoxsayda növlərin yeni yayılma sahələri tapılmışdır.

Alınan nəticələr bir neçə monaqrafiya və məqalələrdə nəşr olunmuşdur: Azərbaycanın ali bitkiləri, l – III cildlər, Bakı, 2005 – 2008 (A.M. Əsgərov); Azərbaycan florasının konspekti, Bakı, 2011 (A.M. Əsgərov); Azərbaycanın bitki aləmi, Bakı, 2016 (A.M. Əsgərov); Dərman bitkiləri və onlardan istifadə qaydaları, Bakı, 2015 (F. Məclumov); Azərbaycanda mədəni bitkilərin yabanı əcdadlarının tədqiqi. AMEA “Torpaqşünaslıq və aqrokimya jurnalı”, 2013 (Əsgərov A.M.); Azərbaycan florasında Üçyarpaqlı yonca cinsi (Trofolium L., s.l., Fabaceae Lindl.). AMEA GEİ. əsərləri. Bakı, 2012c. IV. (A.M. Əsgərov); Azərbaycan florasının Üçyarpaqlı yonca (Trifolium s.l.,Fabaceae) cinsinin biomorfoloji təkamül istiqamətləri, AMEA GEİ. əsərləri. Bakı, 2015 c. V. (A.M. Əsgərov).