Quru onurğasızları laboratoriyası

Tel.  
Faks  
Elektron poçtu mzakariya@inbox.ru
Struktur bölmənin rəhbəri Zəkəriyyə Məhərrəm oğlu Məmmədov

Biologiya elmləri doktoru,professor

İşçilərin ümumi sayı 17 
Əsas fəaliyyət istiqamətləri   
Əsas elmi nəticələri Buprestidae fəsiləsi üzrə 54 növ, qarışçı kəpənəkləri (Lepidoptera Geometridae) üzrə 5 yarımfəsiləyə 29 cinsə aid 47 növ (Bunlardan 11 növ Azərbaycan faunası üçün yenidir), iynəcələr (Insecta, Odonata) üzrə 12 növ, otbiçənlərinin (Arachnida, Opiliones) üzrə 4 növ, Hörümçəklərdən (Arachnida: Araneae) Dağlıq Şirvan rayonlarında aparılan tədqiqatlar zamanı 15 fəsiləyə mənsub 72 növ aşkar olunmuşdur. Bunlardan 23-ü qeyd olunan ərazi üçün ilk dəfə qeyd olunur. Ağstafa rayonunda aparılan tədqiqatlar zamanı 8 fəsiləyə aid 35-dən çox hörümçək qeyd olunub. Bunlardan 18 növ Gəncə-Qazax bölgəsinin hörümçək faunası, 1 növ- Plexippus devorans (O. P.-Cambridge, 1872) Qafqaz faunası üçün ilk dəfə qeyd olunur. Gənələrin Eriophyidae, Rhyncaphytoptidae fəsilələrindən 12 cins və 30 növ qeyd olunub ki, bunlardan 17 növ (Aceria tulipae, A.malherbae, A.saalasi, A.medicaginis, A.absinthii, A.erinea, A.camponulae, Anthocoptes striatus, Vasates unquiculatus, Epitrimerus trilobus və s...) Azərbaycan faunası üçün, yırtıcı Actinedid gənələrdən 8 növ Lənkəran rayonundan qeydə alınıb. Şabran rayonunda Actinedid gənələrdən Azərbaycan fauna¬sı üçün 1 yeni növ – Neomolgus capillatus (Kramer, 1881) tapılıb.

Daşkəsən-Gədəbəy zonasında aşkar edilmiş 19 növ zolaqlı arının (Hymenoptera, Apidae) topladığı tozcuqların analizi aparılaraq trofik əlaqələri tədqiq edilmişdir. Biotoplar üzrə paylanmasına görə zolaqlı arıları 4 qrupa bölmək olar: çöl (3 növ), meşə (9 növ),çəmən (13 növ), evritop (5 növ). 2 illik tədqiqatlara əsasən aşkar edilən 19 növ zolaqlı arının ucuş fenologiyası tərtib edilmişdir.