Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi

Tel. (+994 12) 510-18-02 
Faks  
Elektron poçtu

muhaciret@windowslive.com 

Struktur bölmənin rəhbəri

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Nikpur Mirhüseyn oğlu Cabbarlı 

İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

Azərbaycan mühacirət ədəbiyyatının toplanılması, nəşri, araşdırılması və təbliği

Əsas elmi nəticələri

Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi İnstitut Elmi Şurasının 4 iyul 2013-cü il ta­rixli (protokol № 4) qərarı ilə yaradılmış və İnstitut üzrə 10 iyul 2013-cü il ta­­­rixli 82 №li əmrə əsasən müvəqqəti struktur vahidi kimi fəaliyyətə başlamışdır. Azər­­­bay­can MEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli 21/6 №li qərarı ilə şöbə da­i­mi struktur vahidinə çevrilmişdir.

Şöbədə Azərbaycan mühacirət ədəbiyyatının tarixi və nəzəri problemləri araş­dı­­rıl­mış, «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» kitablar seriyası üçün Mə­­­­həmməd Əmin Rəsulzadənin, Alazan Baycanın, Məhəmməd Sadıq Aranın, Tey­­­­mur Atəşlinin, Abay Dağlının, Ceyhun Hacıbəylinin, Süleyman Təkinərin əsərləri nəşrə hazırlanmışdır.

Ötən müddət ərzində şöbə əməkdaşlarının 4 kitabı (Nikpur Cabbarlının «Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri» (Bakı: Təhsil, 2014), «Azər­bay­can mühacirət poeziyası» (Bakı: Elm və təhsil, 2014), «Mühacirət və XX əsr Azər­baycan ədəbiyyatı məsələləri» (Bakı: Elm və təhsil, 2015) monoqrafiyaları, «Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə» məqalələr toplusu (Bakı: Elm, 2015)), 80-dən artıq elmi və elmi-publisistik məqaləsi (o cümlədən xarici elmi jurnallarda 3 mə­qalə) çapdan çıxıb.

Fil.f.d., dos. Vilayət Hacıyev xidməti müqaviləyə əsasən siyasi müha­cirə­ti­mi­zin gör­­­kəm­li nümayəndəsi Hilal Münşinin «Azərbaycan Respublikası (tarixi-siyasi oçerk)» (Ber­lin, 1930) kitabını alman dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Bu əsər «Azər­baycan mühacirət ədəbiyyatı kitabxanası» ki­­tablar seriyasının Hilal Mün­­­­şiyə həsr edi­ləcək xüsusi cildində yer alacaqdır.

2016-cı ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan «Azərbaycan mühacirət ədəbiyyatı: problemlər, reallıqlar, vəzifələr» beynəlxalq elmi konfransına hazırlıq işləri sürətlənir. 

Şöbə əməkdaşları çoxcildli «Azərbaycan ədəbiyyatı tarixi»nin VII cildinin uyğun hissəsinin (20 m.v.), habelə 10 cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin bütünlüklə mühacirət ədəbiyyatımıza həsr ediləcək IX cildinin icmal və portret-oçerkləri üzərində də çalışırlar.