Herbari və toxumçuluq laboratoriyası

Tel. (+994 12) 4548297 
Faks (+994 12) 4540374 
Elektron poçtu hesanova.minare@mail.ru 
Struktur bölmənin rəhbəri Minarə Yunis qızı Həsənova 

Biologiya üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı 13
Əsas fəaliyyət istiqamətləri 
  • herbarilərin toplanması;
  • toxumların uzunmüddətli  saxlanılması və kriokonservləşdirilməsi.
  • çiçəkləmə və meyvə vermənin  hormonal stimulyasiyası, yüksək keyfiyyətli toxumların istehsalı.
Əsas elmi nəticələri Milli parklarının və Lahıc meşələrinin dendroflorasıtərəfimizdən elmi əsaslarla tədqiq edilmişdir.

Hirkan Milli Parkının dendroflorası təhlil edilmişdir. 30 növ nadir ağac və kol bitkilərinin müxtəlif inkişaf fazalarında herbari nüsxələri toplanmışdır.

Göy-göl Milli parkından 88 növdən çox ağac və kol bitkilərinin herbariləri və 38 növ toxum nümunələri yığılmışdır.

Şahdağ Milli Parkının bitki örtüyünün tədqiqi zamanı 120 növdən çox ağac və kol bitkilərinin müxtəlif inkişaf fazalarında 220 herbari nüsxələri və 26 növ toxum nümunələri toplanmışdır.

Lahıc meşələrindən 92 növdən çox ağac və kol bitkilərinin müxtəlif inkişaf fazalarında 110 herbari nüsxələri toplanmışdır. Beləliklə, 448 nüsxə herbari, 94 növ toxum toplanaraq laboratoriya şəraitində sistematik təhlil edilərək fonda əlavə edilmişdir.