Bəzək memarlığı laboratoriyası

Tel. (+994 12) 4548298 
Faks (+994 12) 4540374 
Elektron poçtu dendrary@mail.az 
Struktur bölmənin rəhbəri Məmmədov Tofiq Sadiq oğlu
Biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
İşçilərin ümumi sayı 10 
Əsas fəaliyyət istiqamətləri  Meşə əkinləri, şəhər və meşə-park landşaftları üçün ağac-kol cinsləri assortimentinin formalaşması, regionda ağac bitkilərinin introduksiyasının prioritet istiqamətlərinin müəyyən edilməsi, introduksiya və kolleksiyanın tərtibatı.   Təbii və mədəni şəraitdə becərilən dekorativ bitkilərin taksonometrik göstəricisi, bioloji xüsusiyyətləri, aqrotexnikası, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin  öyrənilməsi.
Əsas elmi nəticələri Yeni növ bəzək güllərinin, ağac və kol bitkilərinin Abşeron şəraitində bioekoloji xüsusiyyətləri, ekoloji amillərə davam­lı­lığı öyrənilmiş, növ və sortlar bu amillərə görə qruplaşdırılmış və landşaft kompozi­siyalarının tərtibatında istifadəsi tövsiyə edilmişdir.