Mühafizəedici aşqarlar laboratoriyası

Tel. (+994 12) 5149453,

(+994 12) 5149612  

Faks (+994 12) 5149612 
Elektron poçtu aki05@mail.ru 
Struktur bölmənin rəhbəri Vaqif Məcid oğlu Fərzəliyev

kimya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü

İşçilərin ümumi sayı 15 
Əsas fəaliyyət istiqamətləri  Sürtkü yağlarının mühafizəedici xassələrini yaxşılaşdıran aşqarların sintezinin elmi əsaslarının işlənib hazırlanması və istehsalata tətbiq edilməsi. 
Əsas elmi nəticələri Aşqarların təsir mexanizminin öyrənilməsi, eləcə də onların funksional təsiri ilə tərkibi və quruluşu arasındakı korrelyasiyanı öyrənməklə optimal quruluşa malik olan aşqarların məqsədyönlü sintezi işlənib hazırlanmışdır;

Yanacaqları, yağları və xüsusi mayeləri bioloji zədələnmədən mühafizə edən bir sıra üzvi birləşmələr sintez edilmiş və hərtərəfli öyrənilmişdir;

Sulfatreduksiyaedici bakteriyalara qarşı yeni effektli bakterisidlər işlənib hazırlanmışdır;

Pambıq yağı istehsalında yaranan tullantı – soapstok əsasında alınan yağ turşuları qarışığından yüksək mühafizəedici xassəyə malik yeni konservasiya yağı yaradılmışdır.