Motor yağlarına aşqar kompozisiyaları laboratoriyası

Tel. (+994 12) 5149453,

(+994 12) 5149612  

Faks (+994 12) 5149612 
Elektron poçtu aki05@mail.ru 
Struktur bölmənin rəhbəri Həqiqət Əliəşrəf qızı Cavadova 

texnika üzrə elmlər doktoru, professor  

İşçilərin ümumi sayı 13 
Əsas fəaliyyət istiqamətləri  Müxtəlif təyinatlı benzin və dizel daxiliyanma mühərrikləri üçün mineral, sintetik və yarımsintetik baza yağları əsasında tələbata uyğun yüksək özlülük-temperatur, yuyucu-dispersedici, oksidləşmə, korroziya, yeyilmə və köpüklənməyə qarşı xassələrə və aşağı donma temperaturuna malik yeni sürtkü kompozisiyalarının işlənib hazırlanması. 
Əsas elmi nəticələri Avtomobil, avtotraktor, gəmi, teplovoz və stasionar dizel mühərrikləri üçün Bakı yağları əsasında yeni yağ analoqları yaradılmışdır: M-10Г2k, M-10B2, M-14B2, M-12BБ və M-14ГБ, M-14Г2. Qeyd olunan yağlara Azərbaycanın patentləri alınmış və sənaye istehsalı ARDNŞ "Azərneftyağ" İB-də təşkil edilmişdir;

İşlənmiş motor yağlarının təkrar istifadəsini təmin etmək üçün yeni regenerasiya üsulu – texnoloji proses işlənmiş, alınan məhsullar əsasında aşqar kompozisiyası ilə əmtəə yağının analoqu yaradılmlşdır;

Müəyyən edilmişdir ki, müxtəlif təyinatlı motor yağının yaradılmasında regenerasiya olunmuş yağlar baza yağı kimi istifadə edilə bilər.

Son illərdə sürtkü yağlarının, xüsusən motor yağlarının nəqli, rütubət, havanın temperatur dəyişikliyi və s. təsirlər nəticəsində mikroorqanizmlərin təsirinə məruz qalaraq istismar xassələrinin əsas keyfiyyət göstəricilərinin aşağı düşməsinin qarşısını almaq üçün bir sıra biosidlərin tədqiqi ilə bioloji zədələnməyə qarşı davamlı olan yeni sürtkü kompozisiyaları yaradılmışdır. Yağ kompozisiyasının tərkibinə α-fenil-β-nitroeten, α-furil-β-nitroeten kimi biosidlərin daxil edilməsi bir sıra göbələk və bakteriyaların inkişafının tam dayandırılması müəyyənləşdirilmişdir.