Yeni üzvi birləşmələrin, aşqarların və müxtəlif kompozisiyaların fiziki-kimyəvi tədqiqi laboratoriyası

Tel. (+994 12) 5149453,

(+994 12) 5149612   

Faks (+994 12) 5149612 
Elektron poçtu aki05@mail.ru 
Struktur bölmənin rəhbəri Mahizər Nəcəf qızı Əliyeva 

kimya üzrə elmlər doktoru, baş elmi işçi

İşçilərin ümumi sayı 12 
Əsas fəaliyyət istiqamətləri  İnstitutda sintez edilmiş üzvi birləşmələrin, sürtkü yağları, yanacaq və xüsusi mayelərə əlavə edilən aşqarların başlanğıc, aralıq və son məhsullarının analizi, onların laboratoriya tədqiqatları;

Yeni analiz üsullarının işlənib hazırlanması.

Əsas elmi nəticələri Yüksək temperaturda qaynayan polyar neft-kimya sintezi məhsularının analizi üçün qaz-maye xromatoqrafiya üsulunun yeni variantı-buxar fazalı xromatoqrafiya üsulu işlənib hazırlanmışdır;

İlk dəfə olaraq analiz edilən üzvi birləşmələrin tutulma mexanizmi təcrübi yolla öyrənilmiş, yeni model təklif edilmişdir;

Müəyyən edilmişdir ki, təsirsiz qazın buxar fazalı hərəkət edən faza ilə əvəz edilməsi, kolonkanın effektivliyinin artmasına, xromatoqrafik zonaların asimmetrikliyinin azalmasına və yüksək temperaturda qaynayan üzvi birləşmələrin tutulma vaxtının azalmasına imkan yaradır;

İlk dəfə bu üsul kapilyar xromatoqrafiya üsuluna su buxarı axınında tətbiq edilmiş, təbii seolitdən - diatomitdən yeni bərk daşıyıcı işlənib hazırlanmış, üzvi birləşmələri detektə etmək üçün iki yeni yüksək həssaslığa malik formamid və karbon 2-sulfiddən istifadə edilmiş, təbii seolit klinoptilolit və tuflardan yeni adsorbentlər hazırlanmışdır;

İşlənib hazırlanmış üsullar sənayedə alkilfenol istehsalının texnoloji prosesinə nəzarət etmək üçün də istifadə edilmişdir.