Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyası

Tel. (+994 12) 5149453,

(+994 12) 5149612  

Faks (+994 12) 5149612 
Elektron poçtu aki05@mail.ru 
Struktur bölmənin rəhbəri  
İşçilərin ümumi sayı 11 
Əsas fəaliyyət istiqamətləri  Sürtkü yağlarına və yanacaqlara yüksək təsirli aşqarların yaradılmasının elmi əsaslarının işlənib hazırlanması;

Yeni sinif aşqarların sintezi, onların funksional təsir mexanizminin və həmçinin tərkib və quruluşlarınının effektivliyinə təsirinin öyrənilməsi sahəsində sistemli tədqiqatlar.

Əsas elmi nəticələri Tiiranların, tietanların və N-əvəzli tiokarbamidlərin sintez üsulları işlənib hazırlanmışdır;

İlk dəfə olaraq tiiran və tietanların transmissiya yağının yeyilmə və siyrilmə xassələrinə təsiri sınaqdan keçirilmiş, onların quruluşu ilə funksional xassələri arasındakı əlaqə müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, aminotiollar, fəzaçətin fenolların kükürdlü törəmələri, N-əvəzli və halqavi tiokarbamidlər kombinə təsiri göstərən antioksidantlardır;

Kinetik parametrlər əsasında antioksidantların təsir mexanizmi haqqında mülahizələr söylənmişdir.