Yanacaqlara aşqarlar laboratoriyası

Tel. (+994 12) 5149453,

(+994 12) 5149612  

Faks (+994 12) 5149612 
Elektron poçtu aki05@mail.ru 
Struktur bölmənin rəhbəri Mirzə Məmməd oğlu Mövsümzadə  

kimya üzrə elmlər doktoru, professor

İşçilərin ümumi sayı 12
Əsas fəaliyyət istiqamətləri  Yanacaqların istismar xassələrini yaxşılaşdıran aşqarların sintezi və tədqiqi 
Əsas elmi nəticələri Tüstüyə qarşı aşqar kimi müxtəlif metalsaxlayan birləşmələr sintez edilmişdir;

Molekulunda müəyyən funksional qruplar və heteroatomlar saxlayan yeni üzvi birləşmələr sintez edilmişdir. Müəyyən edilmişdir ki, dizel yanacaqları üçün ən effektli tüstüyə qarşı aşqar alkilfenolların barium və kalsium saxlayan törəmələridir;

Tüstüyə qarşı ИХП-706 aşqarı alınmış və sənayedə tətbiq olunmuşdur;

Aviasiya yanacaqlarına oksidləşməyə qarşı ИХП-712 aşqarı alınmışdır;

Tərkibində çox miqdarda karbon turşusu və hidrogen sulfid olan aqressiv mühitlər üçün metal korroziyası ingibitorları işlənib hazırlanmışdır;

Bor turşusunun efirləri və tüstüyə qarşı aşqar əsasında yeni yanacaq kompozisiyası işlənib hazırlanmışdır;

Bitki yağlarının nano katalizatorun iştirakı ilə transefirləşməsi reaksiyası vasitəsilə biodizel yanacaqlarının alınması üzrə işlər aparılır.