Tel. | (+994 12) 5149651, (+994 12) 5149612 |
|
Faks | (+994 12) 5149612 | |
Elektron poçtu | aki05@mail.ru | |
Struktur bölmənin rəhbəri | Kazımov Vəli Mustafa oğlu kimya üzrə fəlsəfə doktoru,dosent |
|
İşçilərin ümumi sayı | 11 | |
Əsas fəaliyyət istiqamətləri | Doymamış karbonil birləşmələr və asetofenonlar əsasında N, S – saxlayan yeni üzvi birləşmələrin sintezi, onların bioloji aktiv maddə və korroziya inhibitoru kimi tədqiqi. | |
Əsas elmi nəticələri |
Fenolların, bisfenolların, merkaptofenolların, hidroksiasetofenonların və merkaptosirkə turşusunun yeni kükürdlü və azotlu törəmələri sintez edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində metalları korroziyadan mühafizə edən inhibitorlar və biosidlər işlənib hazırlanmış və tətbiqə tövsiyə edilmişdir. ИК ИПГ – turş mühitdə metalların korroziyasının qarşısını alan inhibitordur. Orta Asiya və Neft daşlarında neft-qaz çıxarma sənayesində tətbiq olunmuşdur. ИКЛаб-4 – neftqazçıxarmada istifadə olunan məhlulların struktur-mexaniki xassələrini tənzimləyən reagentdir, neftçıxarmada tətbiq üçün tövsiyə olunmuşdur. АК-3 – su dövriyyəsi olan sistemdə duzçökmənin və bioörtülmənin qarşısını alır, “Nitron” İstehsalat Birliyində (Rusiya, Saratov ş.) sınaqdan keçirilmiş və tətbiq olunmuşdur. Аминофен – yağlayıcı-soyuducu mayelərin (YSM) biozədələnməsinin qarşısını alır. Eyni zamanda dezinfektant və antiseptik kimi tibbdə, veterinariyada və neft-kimya sənayesində universal biosid kimi tətbiqə tövsiyə olunmuşdur. |