Transmissiya və sənaye yağlarına aşqar və aşqar kompozisiyaları laboratoriyası

Tel. (+994 12) 5149453,

(+994 12) 5149612 

Faks (+994 12) 5149612 
Elektron poçtu aki05@mail.ru 
Struktur bölmənin rəhbəri Nazim Pirməmməd oğlu Mustafayev 

kimya üzrə elmlər doktoru, professor

İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Sürtünən səthlərin yeyilmə və siyrilməsinə qarşı yüksək effektli aşqarların sintezi, onların kimyəvi quruluşu ilə yağlayıcılıq xassələri arasında asılılığın tədqiqi;

Yeni və məlum aşqarlardan istifadə etməklə müasir və perspektiv tələbləri ödəyən transmissiya və sənaye yağlarının yaradılması.

Əsas elmi nəticələri Yeyilmə və siyrilməni təsirli şəkildə azaldan yüzlərlə yeni kükürd, azot və fosforlu üzvi maddələr sintez və tədqiq edilmiş, bu qəbildən olan ИХП-14A və ИХП-14M aşqarlarının alınma texnologiyası işlənmişdir. Sonuncunun istehsalı Rusiyada Yaroslavl Neft Emalı Zavodunda reallaşmışdır.

Bu gün ölkədə istismar olunan maşın və mexanizmlərin normal işini təmin edən TAД-17И, TAП-15В transmissiya, ИTД, ИГП seriyalı sənaye yağlarının, müxtəlif hidravlika mayelərinin analoqları yaradılmışdır;

Yerli xammal və yeni aşqarlar kompozisiyası əsasında yeni gəmi qaz-turbin yağları yaradılmışdır (qrant EİF-2010-1(1)-40/35-M-4).