Motor yağlarına yuyucu-dispersləşdirici aşqarlar laboratoriyası

Tel. (+994 12) 5149453,

(+994 12) 5149612  

Faks (+994 12) 5149612 
Elektron poçtu aki05@mail.ru 
Struktur bölmənin rəhbəri texnika üzrə elmlər doktoru, professor Əmirçoban Ağayev
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Müxtəlif mənşəli alkilaromatik sulfoturşuların qələvi-torpaq metal duzlarının sintezi və onların mühərrik yağlarına yuyucu-dispersedici aşqar, yağlayıcı-soyuducu mayelərə (YSM) əlavə və korroziya inhibitorları kimi tədqiqi
Əsas elmi nəticələri
  • Bakı neft yağları, sintetik və yarımsintetik alkilaromatik karbohidrogenlər əsasında  müasir tələblərə cavab verən НСК, С-150  və  С-300 tipli sulfonat aşqarların sintezinin elmi əsasları işlənib hazırlanmışdır;
  • müxtəlif quruluşlu alkilfenollar əsasında əsası və yüksək qələvili çoxfunksiyalı alkilfenolsulfonatların sintezi üsulları öyrənilmişdir;
  • aşqarların quruluşları və effektivlikləri arasındakı qanunauyğunluqlar müəyyən edilmişdir;
  • yarımsintetik xammal əsasında yüksək keyfiyyətli aşqarların alınması üçün yeni orjinal üsul işlənib hazırlanmışdır;
  • sulfolaşma mərhələsindən yan keçməklə müxtəlif quruluşlu alkilfenollar əsasında hidroksialkilbenzilsulfonat tipli çoxfunksiyalı aşqarların ekoloji təmiz alınma texnologiyaları işlənib hazırlanmışdır;
  • xüsusi mühərriklər üçün yağ kompozisiyaları tərtib olunmuş və istehsalata tədbiq olunmuşdur;
  • aparılmış tədqiqatların nəticələri əsasında sintez olunmuş aşqarların müxtəlif qrup yağ kompozisiyala-rında istifadə edilməsi üçün konkret tövsiyələr verilmişdir.