Motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyası

Tel. (+994 12) 5149453,

(+994 12) 5149612  

Faks (+994 12) 5149612
Elektron poçtu aki05@mail.ru 
Struktur bölmənin rəhbəri Əli Kazım oğlu Kazımzadə 

kimya üzrə elmlər doktoru, dosent

İşçilərin ümumi sayı 8
Əsas fəaliyyət istiqamətləri  Sürtkü yağlarına müxtəlif funksional təsirə malik aşqarların sintezi və tədqiqi, onların texnologiyalarının işlənib hazırlanması, təkmilləşdirilməsi və istehsalatda tətbiqi;

Sintetik yağlara yüksək temperaturlarda davamlı oksidləşmə inhibitorlarının yaradılması.

Əsas elmi nəticələri Yeni tip çoxfunksiyalı aşqarların ИХП-130, ИХП-144, ИХП-150 sintez texnologiyaları işlənib hazırlanmış və onların əsasında müxtəlif seriyalı sürtkü yağları yaradılmış, tətbiq üçün tövsiyə olunmuşdur;

БФК, БФК-у, ИХП-21, ИХП-114 aşqarlarının sənayedə istehsalı təşkil olunmuşdur.