16 saylı şöbə

Tel. (+994 12) 5371897
Faks (+994 12) 5396121
Elektron poçtu depart16@iit.science.az
Struktur bölmənin rəhbəri Gülnarə Çingiz qızı Nəbibəyova 
İşçilərin ümumi sayı 21
Əsas fəaliyyət istiqamətləri  1. Terminoloji informatikanın formalaşması problemləri;

2. Sosial medianın formalaşması problemləri;

3. Veb-texnologiyaların problemləri.

Əsas elmi nəticələri - Xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən sistemin konseptual modeli işlənilmişdir;

- Xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən sistemlərdə verilənlər anbarının konsepsiyası işlənilmişdir;

- Qeyri-səlis polikubik OLAP-modeli işlənilmişdir;

- Qərarların qəbulunu dəstəkləyən sistemlərdə verilənlər anbarı atributlarının fazzifikasiyası metodları təklif olunmuşdur;

- Xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən sistemlərdə ölkələrarası inteqrasiya dərəcəsinin ölçülməsi metodu təklif olunmuşdur;

- Terminoloji informatika sahəsində aparılan tədqiqatlar araşdırılmış və onların müqayisəli təhlili aparılmışdır;

- Azərbaycanda terminologiya fəaliyyətinə İKT-nin tətbiqinin zəruriliyi əsaslandırılmışdır;

- Milli terminoloji informasiya sisteminin konseptual modeli işlənmişdir.

Digər fəaliyyət istiqamətləri:

- Veb-saytların yaradılması.

Şöbə əməkdaşları tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi www.science.gov.az portalı yaradılmış və uzun müddət istismar olunmuşdur. Bundan əlavə, AMEA İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az saytı yaradılmış və istismar olunur.