Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  15 saylı şöbə

15 saylı şöbə
Tel. (+994 12) 5399739
Faks (+994 12) 5396121
Elektron poçtu depart15@iit.science.az
Struktur bölmənin rəhbəri Məsumə Hüseyn qızı Məmmədova

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor

İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri 

1. Süni intellekt və sosioinformasiya texnologiyaları problemləri;

2. Virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri;

3. Elektron tibbin formalaşması və inkişafı problemləri.

Əsas elmi nəticələri

- Qeyri-səlis relyasion strukturlu biliklərin lokal və paylanmış mühitdə emalı texnologiyasının nəzəri və metodoloji əsasları işlənilmişdir;

- Təşkilati-idarəetmə sistemlərində fərdi və kollektiv qərarların qəbul edilməsi metodları işlənilmışdir;

- Elmi-təşkilati fəaliyyətdə qərarların qəbulunu dəstəkləyən AZEREKS ekspert sistemi işlənilmiş və bu sistemə müəlliflik şəhadətnaməsi alınmışdır;

- Texnoloji proseslərin intellektual idarə edilməsi üçün qeyri səlis biliklərə əsaslanan model və sintez metodları təklif olunmuşdur;

- Enerji sistemlərində operativ-dispetçer idarəetmə məsələlərinin həlli üçün qərarların qəbulunun intellektual dəstəklənməsi metodları işlənilmişdir;

- Pilotaj texnikasının intellektual idarə edilməsi üçün uçuş informasiyasının emalı texnologiyası işlənilmış, pilotaj fiqurlarının tanınması və uçuş tapşırığının icra keyfiyyətinin qiymətləndirilməsi məsələləri həll edilmişdir;

- Azərbaycan dilinin formal modelləri yaradılmış və onların əsasında linqvistik prosessor qurulmuşdur;

- Maşın-tərcümə sistemində avtomatik lüğətin optimal strukturunun təyin edilməsi metodları işlənilmişdir;

- Biliklər bazası və ekspert sistemləri əsasında Azərbaycan dilli mətnlərin avtomatlaşdırılmış emalının konseptual əsasları işlənilmişdir;

- Təşkilatda personalın idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsi üçün model və metodlar işlənilmişdir;

- Demoqrafik proqnoz məsələlərinin həlli üçün “İntellektual demoqrafik proqnoz sistemi” işlənilmişdir; - İnsan resurslarının intellektual idarə olunmasının nəzəri və konseptual əsasları işlənilmişdir;

- Əmək bazarında İT mütəxəssislərə tələb və təklifin intellektual idarə olunmasının nəzəri-metodoloji əsasları işlənilmişdir;

- E-tibb mühitində tibbi-demoqrafik proseslərin intellektual idarə olunmasının metodoloji və funksional prinsipləri işlənilmişdir;

- Sosial media resursları əsasında kütlə rəyini nəzərə almaqla tibbi qərarların qəbulu üçün yeni informativ parametrlər təklif edilmişdir;

- Iot texnologiyası əsasında yüksək riskli obyektlərdə çalışan işçilərin sağlamlığının idarə olunması üçün paylanmış  intellektual sistemin konsepsiyası və arxitektur-texnoloji prinsipləri işlənilmişdir (dəniz neft-qaz sənayesinin nümunəsində);

- Elektron universitetin fəaliyyət konsepsiyası, model və metodları işlənmişdir.