13 saylı şöbə

Tel. (+994 12) 5104399
Faks (+994 12) 5396121
Elektron poçtu depart13@iit.science.az,

depart13@iit.ab.az

Struktur bölmənin rəhbəri Texnika elmləri doktoru Alıquliyev Ramiz Məhəmməd oğlu
İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  1. Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri;

2. Elmmetriyanın formalaşması və inkişafı problemləri;

3. Sosial şəbəkələrin aşkarlanması, analizi və idarə olunması problemləri;

4. Superkompüter texnologiyalarının çoxaspektli problemləri;

5. Süni intellekt və sosioinformasiya texnologiyaları problemləri.

Əsas elmi nəticələri - Mətnlərin avtomatik referatlaşdırılması problemi xətti və qeyr-xətti tam qiymətli riyazi proqramlaşdırma məsəslələrinə gətirilmiş və bu məsələlərin həlli üçün neyron alqoritm, adaptiv və öz-özünə adaptiv diferensial evolyusiya və sürü intellektinə əsaslanan (PSO - Particle Swarm Optimization) alqoritmlər təklif edilmişdir;

- Mətnlərin avtomatik referatlaşdırılması üçün p-median metodunun yeni variantı və özü-özünə adaptiv differensial evolyusiya alqoritmi təklif edilmişdir;

- Referatların avtomatik qiymətləndirilməsi üçün metod təklif edilmişdir;

- Mətn tipli sənədlər çoxluğunun məzmuna görə qruplaşdırılması üçün bir sıra klasterləşdirmə metodları və alqoritmləri təklif edilmişdir;

- Mətnlərin semantik yaxınlığını müəyyən etmək üçün yeni ölçü təklif edilmişdir;

- Mətnlərin klasterləşdirilməsində klasterlərin optimal sayının tapılması üçün düstur təklif edilmişdir;

- K-means metodunun yeni çəkili variantları təklif edilmişdir;

- Spamların filtrasiyası üçün yeni klasterləşdirmə metodu təklif edilmişdir;

- Viki mühitdə multimedia resurslarının ictimai rəyə təsirini artırmaq məqsədilə media-faylların viki-səhifələrə optimal yerləşdirilməsi üçün məhdudiyyətlərlə idarə olunan klasterləşdirmə metodu və adaptiv PSO alqoritmi təklif edilmişdir;

- Tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni hm və çəkili konsensus indeksləri təklif edilmişdir;

- Veb mühitdə elmi təşkilatların və tədqiqatçıların sosial şəbəkələrinin aşkarlanması və analizi üçün model və alqoritmlər təklif edilmişdir;

- Sosial şəbəkələrdə qrupların (sosial) aşkarlanması üçün model və alqoritm təklif edilmişdir;

- Diskret optimallaşdırma məsələlərinin həlli üçün evolyusiya və sürü intellektinə əsaslanan alqoritmlərin yeni variantları işlənmişdir;

- İnternet-informasiya axtarış sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün PageRank alqoritminin ümumiləşmiş variantı təklif edilmişdir;

- Veb-səhifələrin ranqının hesablanması üçün optimallaşma modeli və qarışqa alqoritmi təklif edilmişdir;

- Qeyri-bircins kompüter şəbəkəsində qeyri-bircins məsələlərin optimal paylanması üçün riyazi model təklif edilmiş və onun neyron şəbəkədə həll alqoritmi işlənmişdir;

- Qeyri-bircins kompüter şəbəkəsində qeyri-bircins məsələlərin optimal paylanması üçün genetik alqoritm işlənmişdir;

- Korteveqa - de Friz - Bürgers tənliyi üçün qarışıq məsələnin neyron şəbəkədə həll alqoritmi təklif edilmişdir;

- Model xətti proqramlaşdırma məsələsinin neyron şəbəkədə həlli üçün yeni alqoritm təklif edilmişdir;

- CDN şəbəkələrdə veb-serverlərin və kontentlərin optimal yerləşdirilməsi üçün riyazi model təklif edilmiş və onun həlli üçün neyron şəbəkənin sintezi alqoritmi təklif edilmişdir;

- CDN serverlərin qlobal şəbəkə qovşaqlarında optimal yerləşdirilməsi üçün riyazi model təklif edilmiş və onun həlli üçün genetik alqoritm işlənmişdir;

- CDN şəbəkələrdə sorğuların optimal paylanması üçün riyazi model təklif edilmişdir;

- Loq-fayllar əsasında veb-istifadəçilərin aktivliyinin öyrənilməsi və maraq dairəsinin avtomatik identifikasiyası üçün modellər və alqoritmlər təklif etmişdir;

- Alternativlərin çoxmeyarlı qiymətləndirilməsi üçün VİKOR metodunun yeni variantı təklif edilmişdir.