9 saylı şöbə

Tel. (+994 12) 5398719,

(+994 12) 5399016

Faks  
Elektron poçtu depart9@iit.science.az,

tofig@iit.science.az

Struktur bölmənin rəhbəri Kazımov Tofiq Həsənağa oğlu
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri  1. Biometrik texnologiyaların elmi-nəzəri problemlərinin araşdırılması;

2. Proqram mühəndisliyinin elmi-nəzəri problemlərinin araşdırılması;

3. Sensor şəbəkələrin araşdırılması problemləri.

Əsas elmi nəticələri - Fotoportretlər əsasında insan sifətinin tanınması metodları və identifikasiya sistemləri üzrə mövcud problemlər araşdırılmış, onların müqayisəli təhlili aparılmışdır. İnsan sifətində olan antropometrik nöqtələr seçilmiş və onların əsasında yeni həndəsi xarakteristikalar sistemi təklif edilmişdir. Həndəsi xarakteristikaların əhəmiyyətlilik dərəcəsini göstərən əmsalın hesablanması üçün metod təklif olunmuşdur;

- İnsanın irqi və etnik mənsubiyyətinin müəyyən olunması üçün yeni metod və alqoritmlər işlənmişdir. Sifətin seçilmiş həndəsi nöqtələri və bazada olan fotoportretlərin xarakterik əlamətlərinin hesablanması alqoritmi əsasında etalon təsvirin xarakterik əlamətləri formalaşdırılmışdır. İxtiyari təsvirin xarakterik əlamətləri etnik qrupların etalon təsvirlərinin xarakterik əlamətləri ilə müqayisə edilmiş və onun mənsub olduğu etnik qrup müəyyən olunmuşdur;

- Əl-damar izinə görə insanın tanınması üçün metod və alqoritmlər işlənmişdir;

- Proqram mühəndisliyi sahəsində müasir vəziyyət araşdırılmış, mövcud problemlər təhlil edilmişdir. Proqram təminatının etibarlılığının yüksəldilməsinin müasir metodları təhlil edilmişdir;

- Ad Hoc şəbəkələri üçün yeni marşrutlaşdırma alqoritmi işlənilmişdir.