Beynəlxalq əlaqələr şöbəsi

Tel. (+994 12) 5101542
Faks (+994 12) 5396121
Elektron poçtu iro@iit.science.az,

vuqarmusa@gmail.com

Struktur bölmənin rəhbəri Texnika üzrə fəlsəfə doktoru Vüqar Yadulla oğlu Musayev
İşçilərin ümumi sayı 3
Əsas fəaliyyət istiqamətləri  - Beynəlxalq layihələrdə iştirak etmək;

- Xarici alim və mütəxəssislərlə görüşlərin təşkil edilməsi;

- İnstitutun fəaliyyətinin beynəlxalq qurumlarda təbliği;

- Birgə seminar, konfrans və treninqlərin keçirilməsi;

- İnstitutun əməkdaşlarının xarici elmi qurumlarla təcrübə mübadiləsinin təşkil olunması;

- Xarici elmi qurumlara ezamiyyətlərin təşkil edilməsi.

İnstitut UNESCO, GEANT Assosiasiyası, IEEE, NRF, ACM, UNESCO, ETRI, GIZ, ELSEVİER, Microsoft, Thomson Reuters, KISA, Springer, Tübitak, DAAD və s. kimi qurumlarla əməkdaşlıq edir.

Bu təşkilatlarla birgə informasiya texnologiyalarının müxtəlif sahələrində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. İnstitut GEANT Assosiasiyası (Hollandiya), Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) (Almaniya),“Horizon 2020” üçün elmi-tədqiqat İnfrastrukturları konsorsiumu, Belarusiya Milli Elmlər Akdemiyası Birləşmiş İnformatika Problemləri İnstitutu (Belarusiya), Avrasiya Milli Universitetinin İnformasiya Texnologiyaları fakultəsi (Qazaxıstan), Cənub-Qərb Dövlət Universiteti (Rusiya), REA Sistemli Analiz İnstitutu (Rusiya) ilə əməkdaşlıq anlaşmaları imzalamışdır.

Əsas elmi nəticələri Elektron dövlət mühitində fərdi məlumatların analizi üçün məxviliyin təmin edilməsi metodları araşdırılmışdır.