4 saylı şöbə

Tel. (+994 12) 5102968 
Faks (+994 12) 5396121
Elektron poçtu t.direktor_muavini@iit.science.az,

depart4@iit.science.az

Struktur bölmənin rəhbəri Texnika üzrə fəlsəfə doktoru  Rəşid Qurbanəli oğlu Ələkbərov
İşçilərin ümumi sayı 13
Əsas fəaliyyət istiqamətləri  1. Bulud texnologiyaları problemləri;

2. Superkompüter texnologiyalarının çoxaspektli problemləri;

3. İnformasiya-kommunikasiya texnologiyaları problemləri.

Əsas elmi nəticələri - Korporativ şəbəkələrdə istifadəçilərə göstərilən İnternet xidmətlərinin səmərəliliyinin artırılması üçün model və alqoritmlər işlənilmişdir;

- Multiagent texnologiyasının tətbiqi ilə istifadəçilərin marağına uyğun kontentin təyin və əldə edilməsi üçün metodlar işlənilmişdir;

- AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyətinin səmərəliliyinin artırılması metodları və alqoritmləri işlənilmişdir;

- Korporativ şəbəkənin idarə edilməsi prosesinin avtomatlaşdırılması üçün alqoritm işlənilmişdir;

- Milli Superkompüter Mərkəzinin infrastrukturunun yaradılması üçün kompleks (texniki, təşkilati, iqtisadi və s.) təkliflər və sənədlər işlənilmişdir;

- Korporativ şəbəkələrdə əlaqə kanalında yüklənməni optimal paylayan adaptiv modeli işlənilmişdir;

- Kompüter şəbəkəsində virtual hesablama mühitlərinin sintezi metodları və alqoritmləri işlənilmişdir;

- Kompüter şəbəkələri əsasında paylanmış hesablama mühitinin sintezi üçün model və metodlar işlənilmişdir;

- Böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün kompüter şəbəkələri əsasında paylanmış hesablama sistemləri yaradılmışdır;

- Verilənlərin emal mərkəzində yaddaş və hesablama resurslarının səmərəli istifadəsi üçün metod və alqoritm işlənilmişdir;

- "Elektron Dövlət" mühitində bulud texnologiyalarından istifadə imkanları təhlil edilmişdir.