Elmi-texniki ədəbiyyatın toplanması, təhlili və proqnozlaşdırma laboratoriyası

Tel. (+994 12) 4903520 
Faks (+994 12) 4903520  
Elektron poçtu ipcp_lab3@mail.ru
Struktur bölmənin rəhbəri Kimya üzrə fəlsəfə doktoru Abbasova Gülxanım Qeybulla qızı
İşçilərin ümumi sayı 15
Əsas fəaliyyət istiqamətləri  İnstitutun tədqiqatlarının və işləmələrinin əsas istiqamətləri üzrə elmi-texniki məlu-matlarının toplanması və təhlili, biblioqrafik, icmal məlumatlarının, tematik, analitik və proqnoz xarakterli məcmuələrin tərtibi və buraxılması. Konfransların, müşavirələrin, seminarların təşkili və keçirilməsi. 
Əsas elmi nəticələri Laboratoriyada institutun əsas elmi istiqa-mətləri üzrə müasir axtarış proqramlarından istifadə edərək, internet vasitəsilə elmi-texniki məlumatlar toplanmış, sistemləşdirilmiş və bunların əsasında kitablar, məlumat məc-muələri, tematik icmallar, ekspress-informasiya bülletenləri buraxılmışdır. Eləcə də institutun bukletləri (rus və ingilis dil-lərində), 20 ildə institutun fəaliyyətinə həsr olunmuş 5 toplu, yeni proseslərə reklam prospektləri tərtib olunmuşdur.

Görkəmli kimyaçı alimlərin yubileyləri ərəfəsində onların elmi əsərlərinin biblioqrafiyaları (20-dən artıq) tərtib edilmişdir. Ey-ni zamanda yubiley tədbirlərinin təşkili və keçirilməsi ilə bağlı bütün işlər yerinə yetirilmişdir.

Beynəlxalq və republika konfranslarının təşkili və keçirilməsi ilə əlaqədar böyük həcmdə iş yerinə yetirilmişdir. Belə ki, 1994-2012-ci illər ərzində neft kimyası üzrə 8 Bakı Beynəlxalq Məmmədəliyev Konfransı, 2 Beynəlxalq Simpozium, 3 respublika kon-fransları təşkil edilmiş və keçirilmişdir.

Laboratoriyada institut əməkdaşlarının 1990-cı ildən etibarən çap olunmuş məqalə və tezislərindən ibarət məlumat bazası yaradılmışdır. Hal-hazırda burada 4500-dən çox çap materialı haqqında məlumat toplanılıb. Baza daima təzələnir.

Laboratoriya 1994-cü ildən başlayaraq hər il Bakıda keçirilən “Xəzər, neft-qaz” Beynəl-xalq sərgi və konfransda İnstitutun müvəfə-qiyyətlə iştirakını təmin etmişdir.

Müntəzəm olaraq laboratoriyada eyni zamanda elmi ədəbiyyatın tərcüməsi, ildə 100 səh.-dən artıq müxtəlif sənədlərin, məktubların, yubiley adreslərinin tərtibi, AMEA KEB-dən daxil olan tapşırıqlara əsasən institutun müxtəlif istiqamətlərdə fəaliyyəti ilə bağlı böyük həcmdə mate-rialların hazırlanması üzrə işlər yerinə yeti-rilmişdir.