Alitsiklik birləşmələr laboratoriyası

Tel. (+994 12) 4902012  
Faks (+994 12) 4903520 
Elektron poçtu hafiz_alimardanov@yahoo.com  
Struktur bölmənin rəhbəri k.e.d. prof. H. M. Əlimərdanov 
İşçilərin ümumi sayı 12 
Əsas fəaliyyət istiqamətləri  Alitsiklik karbohidrogenlərin dehidrogenləşdirilməsi, dehidroalkilləşməsi, oksidləşdirilməsi, kondensləşməsi, proseslərin aparılması üçün katalizatorların sintezi və tədqiqi. 
Əsas elmi nəticələri

1.Beş və altı üzvlü alitsiklik  karbohidrogenlərin tsikloolefinlərə qismən dehidrogenləşməsi üçün müvafiq katalizatorlar seçilmişvə reaksiyaların qanunauyğunluqları  müəyyən edilmişdir.

2. Tsikloheksan karbohidrogenlərinin polialkilbenzollara dehidrodisproporsiallaşması və С

1

-C

3

biratomlu spirtlarlə dehidroalkilləşməsi prosesləri üçün katalizatorun seçilməsi əsaslandırılmış və prosesin getmə qanunauyğunluqları müəyyən edilmişdir.

3. Beş və altı üzvlü alitsiklik ketonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur.

4. Bceş və alyı üzvlü alitsiklik ketonların müvafiq laktonlara oksidləşdirilməsi qanunauyğunluqları öyrənilmiş və bu laktonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur.

5. Doymamış mono- və bitsiklik karbohidrogenlərin oksidlərə, ketonlara, spirtlərə (bir və ikiatomlu) maye fazada oksidləşməsi üçün katalizatorların seçilmiş və proseslərin getmə qanunauyğunluqların öyrənilmişdir.

6. Mono və politsiklik doymamış və alkenilaromatik karbohidrogenlərin oksigen-, halogen-, və azosaxlayan birləşmələrə induktiv funksiollaşdırılmasının  əsas qanunauyğunluqları öyrənilmişdir.