Maye fazada oksidləşmə laboratoriyası

Tel. (+994 12) 4902476 
Faks (+994 12) 4903520  
Elektron poçtu elzey@mail.ru 
Struktur bölmənin rəhbəri k.e.d., prof. Eldar Bahadır oğlu Zeynalov 
İşçilərin ümumi sayı 17 
Əsas fəaliyyət istiqamətləri  Karbohidgenlərin və polimerlərin aerobik oksidləşmə proseslərinin kinetik qanunauyğunluqlarının öyrənilməsi; neft və fərdi karbohidgenlərin maye fazada aerobik katalitik oksidləşmə  proseslərinin tədqiqi; sintetik neft- və oksiturşuların müasir tələblərə cavab verən alınma proseslərinin işlənib hazırlanması; fullerenlərin, metal saxlayan karbon nanoboruların, nanoliflərin, funksionallaşdırılmış karbon nanostrukturların oksidləşmə proseslərində katalizator kimi tətbiqi və tədqiqi; nanoölçülü titan dioksidlərin iştirakı ilə efirləşmə proseslərinin tədqiqi; fərdi və mürəkkəb kompozisiyaların tərkibində olan antioksidantların kinetik analizi; fullerenolların, funksionallaşdırılmış fullerenlərin, karbon nanoboruların və nanoliflərin antioksidləşmə fəallığının təyini. 
Əsas elmi nəticələri Ilk dəfə olaraq Azərbaycan neftlərinin və neft fraksiyalarının tərkibində olan təbii antioksidantların aktivliyi kinetik üsullarla tədqiq edilmiş və Azərbaycan ərazisi üzrə neftlərin inhibitor aktivliyinə dair məlumat bankı yaradılmışdır. Təbii neft antioksidantlarının konsentratları poliuretan, polivinilxlorid və xlorpolietilen polimer kompozisiyalar əsasında tökmə şinlər və taxtapuş örtüklərində effektiv stabilizatorlar kimi tətbiq olunmuşdur. Dizel fraksiyasının neft karbohidgenlərin və bəzi poliolefinlərin aerobik oksidləşmə proseslərinin kinetik qanunauyğunluqları öyrənilmişdir. Azərbaycanda ilk dəfə olaraq karbohidgenlərinin və polimerlərin aerobik oksidləşmə proseslərində  nano –karbon birləşmələri - fullerenlər C60 və C70, metal saxlayan çox- və təkdivarlı karbon nanoborular, nanoliflər, funksionallaşdırılmış karbon nanostrukturlar: (OH)n- və (-NH)n-C60 , hidroksil, Br- və TEMPO saxlayan nanoborular və s. katalizator və anti-katalizator kimi tətbiq və tədqiq edilmiş, sintetik neft turşuları və oksiturşuların təkmilləşdirilmiş alınma prosesi işlənib hazırlanmışdır. Nanoölçülü titan dioksidlərin iştiraki ilə efirlərin alınma reaksiyaları öyrənilmiş və müasir tələblərə cavab verən ekoloji təmiz və səmərəli proses təklif edilmişdir.