Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası şöbəsi

Tel. (+994 12) 4903029  
Faks (+994 12) 4903029 
Elektron poçtu vaqif_abbasov@hotmail.com 
Struktur bölmənin rəhbəri Kimya elmləri doktoru, professor, akademik 

Abbasov Vaqif Məhərrəm oğlu

İşçilərin ümumi sayı 68 
Əsas fəaliyyət istiqamətləri  -  Anomal miqdarda karbon qazı, hidrogen-sulfid və xloridlər olan mühitlər üçün polifünksional korroziya inhibitorlarının, deemulqatorların, köpükəmələgətiricilə-rin, optiki- və səthi-aktiv maddələrin, konservasiya mayelərinin, yağlara aşqarların, neftçıxarma üçün reagentlərin, bioyanacaq komponentlərinin, bitkilərin boy atma tənzimləyicilərinin, bioloji aktiv birləşmələrin sintezinin elmi əsaslarının işlənməsi;

-   Azərbaycan neftlərinin optiki aktivliyinin tədqiqi;

- Hibrid fenol oliqomerləri əsasında yapışqan və lak kompozisiyalarının alınmasının yeni üsullarının işlənməsi.

- Fenol və onun törəmələrinin azotlu birləşmələr iştirakında və ya sonuncuların ayrılıqda propilen oksidi ilə oliqomerləşməsi prosesinin tədqiqi və bu məhsulların mühərrik və sənaye yağlarına müxtəlif təyinatlı aşqarlar,səthi-fəal birləşmələr kimi və digər sahələrdə tətbiqi üçün tövsiyələrin verilməsi.

Əsas elmi nəticələri Aparılan tədqiqatlar nəticəsində amidlər və imidazolinlər əsasında korrroziya inhibitorları işlənib hazırlanmış, eləcə də triqliseridlər əsasında bioyanacaq alınmışdır. “Kaspi -X”, “Parkorin - 1”, “VFİKS – 82 marka B”, “Kaspi – X(M)” inhibitorları, “Bakı” pas həlledicisi, “NKPİ-34-2” köpükəmələgətiri-cisi, “Xəzər”, “Xəzər - 24” deemulqatoru alınmış və sənayeyə tətbiq olunmuşdur.

Dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin fiziki-kimyəvi xassələri, struktur-qrup tərkibi müasir üsullarla tətbiq olunub. Ağ naftalan yağının alınma texnologiyası işlənib hazırlanıb. Ağ naftalan yağı və dərman bitkilərinin yağları əsasında güclü antimikrob təsirli kompozisiyalar işlənib hazırlanıb.

Azərbaycan neftlərinin optiki aktivliyi tədqiq edilmişdir. Müxtəlif fraksiyaların optiki aktivlıiyinin dəyişmə qanunauyğunluqları öyrənilmişdir. Tsikloheksan və norbornen əsasında fenol oliqomerlərinin bioloji aktiv birləşmələri sintez olunmuş, yapışqan və lak kompozisiyaları alınmışdır.

Fenol birləşmələrinin (fenol, monoalkil(C8-C12) fenollar, hidroxinon və s.) azotlu birləşmələr iştirakında və sonuncuların ayrılıqda propilen oksidi ilə oliqomerləşmə məhsullarının alınması, xassələrinin tədqiqi və bu birləşmələrin mühərrik və sənaye yağlarında müxtəlif təyinatlı aşqarlar: korroziyaya, termiki oksidləşməyə,metal hissələrin sürtünmədə yeyilməsinə, mikroorqanizmlərə qarşı, yuyuculuq potensialını artıran və özlülük aşqarı kimi sınağı istiqamətində tədqiqatlar aparılmış, müsbət nəticələr əldə edilmişdir.