Bərpa olunan yanacaqlar laboratoriyası

Tel.

(+994 50) 4735085

(+994 12) 4900444 
Faks (+994 90) 4903510  
Elektron poçtu mamedova.tarana@rambler.ru  
Struktur bölmənin rəhbəri Məmmədova Təranə Aslan qızı 
İşçilərin ümumi sayı 10 
Əsas fəaliyyət istiqamətləri  Azərbaycanın bərpa olunan resursları əsasında ekoloji zərərsis motor yanacaqları və yanacaqlara əlavələrin alınması 
Əsas elmi nəticələri Azərbaycanın bitki resursları - pambıq, günəbaxan və garğıdalı yağları əsasında məhsuldarlığı 720 1/s olan kavitasiya reaktorundan istifadə etməklə biodizel yanacaqlarının alınma texnologiyası və həmin yağların neft emalı zavodunun əmtəə dizel və benzin yanacaqları alınması texnoloji sxeminə birbaşa daxıl edilməsi texnologiyaları işlənib-hazırlanıb.  Azərbaycan neftlərindən ayrılan neft turşuları, bitki yağlarından ayrılan turşular və glikollar əsasında geterogen tipli katalizatorların iştirakı ilə monoefirlərin alınması prosesinin optimal şəraiti təyin edilib və alınmış efirlər dizel yanacaglarına resurs qənaətedıcı, yağlama antistatik xassələrini yaxşılaşdıran çoxfunksiyalı əlavələr kimi tədqiq olunub.  Pambıq yağının termokatalitik çevrilməsi prosesi tədqiq olunub və nəticədə C2-C4 olefinlər 65,1-78,1% küt çıxımla əldə edilib