Avtomobil benzinləri laboratoriyası

Tel. (+994 12) 4902476  
Faks (+994 12) 4903520  
Elektron poçtu anipcp@dcacs.science.az , azmea_nkpi@box.az 
Struktur bölmənin rəhbəri  t.e.d., professor  A. C. Hüseynova 
İşçilərin ümumi sayı 12
Əsas fəaliyyət istiqamətləri  Perspektiv keyfiyyətli avtomobil benzinlərinin və onlara yüksəkoktanlı əlavələrin alınması. 
Əsas elmi nəticələri 1. İlkin və təkrar emal proseslərinin aşağı keyfiyyətli benzinləri, həmçinin qeyri-neft mənşəli xammaların istifadə olunması hesabına avtomobil benzinlərinin ehtiyatlarının artırılması.

2. Ekstraksiya, hidrotəmizləmə və oksidləşdirici kükürdsüzləşdirmə proseslərindən istifadə etməklə, oktan ədədini aşağı salmadan katalitik krekinq benzininin tərkibində kükürdün miqdarını azaltmağa imkan verən proses işlənib hazırlanmışdır.

3. Alkilləşmə, transalkilləşmə, hidroizomerləşmə və ekstraksiya proseslərindən istifadə etməklə riforminq benzininin tərkibində benzolun miqdarının azaldılması prosesi işlənib hazırlanıb.

4. C 1 -C 3 biratomlu spirtlər və katalitik krekinq, kokslaşma və piroliz proseslərindən alınan olefintərkibli fraksiyalar əsasında yüksəkoktanlı oksigentərkibli əlavələrin alınması prosesi işlənib hazırlanıb.

5. Yuxarıda qeyd olunan tədqiqatların əsasında dünya standartlarına cavab verən əmtəə benzinlərinin alınmasının variantları işlənib hazırlanıb.