Katalitik krekinq və piroliz laboratoriyası

Tel. (+994 12) 4895086  
Faks  
Elektron poçtu ibragimov-khikmet@rambler.ru 
Struktur bölmənin rəhbəri

H.C.İbrahimov

T.e.d. 
İşçilərin ümumi sayı 26 
Əsas fəaliyyət istiqamətləri  Pirolizin maye məhsullarının kompleks emalı sxeminin işlənib hazırlanması, yeni katalitik komplekslərin sintezi;

- Qaz fazadan kimyəvi çökdürmə metodu (CVD) ilə tərkibində müxtəlif keçid metalları saxlayan nano-strukturlaşdırılmış katalizatorların alınması və onların müxtəlif sahələrdə (hidrokrekinq, naftenlərin oksidləşməsi, metanolun çevrilmələri və s.) tətbiqi;

- Pirokondensatın dar fraksiyaları əsasında CVD metodu ilə nanoboru və lifşəkilli karbon materiallarının alınması;

 - Müxtəlif katalitik sistemlərin iştirakı ilə metanoldan olefinlərin sintezi.

- Təbii və səmt qazlarından yanacaq komponent-lərinin alınması;

- Ağır neft qalıqlarının – mazutun, qudronun hidrokrekinqi, PE, PETF tullantılarının utilizasiya məqsədilə mazut və vakuum qazoylu ilə birgə hidrokrekinqi prosesinin işlənib hazırlanması,  təkrar emal proseslərindən alınan benzin fraksiyalarının hidroizomerləşmə, hidroadsorbsiya prosesləri vasitəsilə  keyfiyyətinin yaxşılaşdırılması.

- SOCAR neft emalı zavodlarında texnoloji proseslərin təkmilləşdirilməsi. 
Əsas elmi nəticələri Pirolizin maye məhsullarından katalitik üsulla yüksək təmizlikdə benzol-toluol-ksilol fraksiyasının ayrılması, eyni zamanda əlavə məhsul kimi lak-boya sənayesində örtükəmələgətirici, yol-quruculuq işlərində yol bitumlarının modifikatoru kimi istifadə edilə bilən neft-polimer qatranlarının alınmasına imkan verən kompleks emalı prosesi həyata keçirilmişdir. Bu məqsədlə alüminium, 1,2-dixloretan və keçid metal xloridləri əsasında digər alüminium tərkibli katalizatorlarla müqayisədə oliqomerləşmə proseslərində yüksək stabil aktivlik göstərən yeni katalitik komplekslər sintez edilmiş, onların iştirakı ilə ağır piroliz qatranından naftalin fraksiyasının yüksək təmizlikdə ayrılması, asta koks-laşma və piroliz yolu ilə bircins səthə malik dənəvər-ləşmiş koksun və lifşəkilli laylı strukturlu nanoölçü-lü karbon hissəciklərinin sintezi həyata keçirilmişdir.Pirokondensatın C5fraksiyasının CVD qurğusunda  helium mühitində katalitik pirolizindən nanokarbon materialları sintez edilmiş, onun quruluşu müasir fiziki analiz metodları ilə sübut edilmişdir.Tərkibində metal saxlayan nanostrukturlaşdırılmış katalizatorların iştirakı ilə metanoldan 76% çıxımla С24olefinləri sintez edilmişdir.

Ağır neft qalıqlarının - mazutun, qudronun  təbii modifikasiya olunmuş seolitlərin iştirakı ilə hidrokrekinqi nəticəsində 60-70 % kütlə benzin və dizel fraksiyaları alınmış, onları yüngül hidrotəmiz-lənmədən keçirməklə yanacaqlara komponent kimi istifadəsi tövsiyyə edilmişdir. Katalitik krekinq benzininin hidroizomerləşmə, hidroadsorbsiya prosesləri vasitəsilə  keyfiyyətinin yaxşılaşdırılma-sına – kükürdün miqdarının 120 ppm-dən 12 ppm-ə qədər azaldılımasına nail olunmuşdur.

Г-43-107/М  sxemi üzrə mayeləşmiş qazların iki pilləli kükürddən təmizlənmə prosesinin yeni metodikası işlənib hazırlanmışdır ki, bu da ətraf mühitə atılan çirkab sularının miqdarını bir neçə dəfə azaltmağa imkan verir.