Neft və qazın kimyası və texnologiyası şöbəsi

Tel. (+994 12) 4895086  
Faks  
Elektron poçtu ibragimov-khikmet@rambler.ru,

azmea_nkpi@box.az

Struktur bölmənin rəhbəri Akademik M.İ. Rüstəmov
İşçilərin ümumi sayı 74 
Əsas fəaliyyət istiqamətləri  - Pirolizin maye məhsullarının kompleks emalı sxeminin işlənib hazırlanması, yeni katalitik komplekslərin sintezi;

- Qaz fazadan kimyəvi çökdürmə metodu (CVD) ilə tərkibində müxtəlif keçid metalları saxlayan nano-strukturlaşdırılmış katalizatorların alınması və onların müxtəlif sahələrdə (hidrokrekinq, naftenlərin oksidləşməsi, metanolun çevrilmələri və s.) tətbiqi;

- Pirokondensatın dar fraksiyaları əsasında CVD metodu ilə nanoboru və lifşəkilli karbon materiallarının alınması;

- Müxtəlif katalitik sistemlərin iştirakı ilə metanoldan olefinlərin sintezi.

- Təbii və səmt qazlarından yanacaq komponent-lərinin alınması;

- Ağır neft qalıqlarının – mazutun, qudronun hidrokrekinqi, PE, PETF tullantılarının utilizasiya məqsədilə mazut və vakuum qazoylu ilə birgə hidrokrekinqi prosesinin işlənib hazırlanması, təkrar emal proseslərindən alınan benzin fraksiyalarının hidroizomerləşmə, hidroadsorbsiya prosesləri vasitəsilə keyfiyyətinin yaxşılaşdırılması.

- SOCAR neft emalı zavodlarında texnoloji proseslərin təkmilləşdirilməsi.

- C1-C7 karbohidroqenlərin cevrilməri ücün yüksək səmərəliyə malik yeni polifunksional katalitik sistemlərin yaradılması. Qazkondensatdan yüksək oktan ədədli avtomobil benzinlərinin alınması.

- Azərbaycanın bərpa olunan resursları əsasında ekoloji zərərsis motor yanacaqları və yanacaqlara əlavələrin alınması.

- Perspektiv keyfiyyətli avtomobil benzinlərinin və onlara yüksəkoktanlı əlavələrin alınması.

- Azərbaycan neftləri qarışığından və təkrar emal məhsullarından və parafinli neftlərindən tələblərə cavab verən mülki və hərbi aviasiyada tətbiq edilən RT, Jet A-1, T-6 markalı reaktiv yanacaqlarının, АМГ hidravlik mayenin baza məhsulunun və ekoloji zərərsiz Evro–3, 4 və 5-in tələblərinə cavab verən dizel yanacaqlarının alınması və istismar xasssələrinin yaxşılaşdırılması.

Əsas elmi nəticələri Pirolizin maye məhsullarından katalitik üsulla yüksək təmizlikdə benzol-toluol-ksilol fraksiyasının ayrılması, eyni zamanda əlavə məhsul kimi lak-boya sənayesində örtükəmələgətirici, yol-quruculuq işlərində yol bitumlarının modifikatoru kimi istifadə edilə bilən neft-polimer qatranlarının alınmasına imkan verən kompleks emalı prosesi həyata keçirilmişdir. Bu məqsədlə alüminium, 1,2-dixloretan və keçid metal xloridləri əsasında digər alüminium tərkibli katalizatorlarla müqayisədə oliqomerləşmə proseslərində yüksək stabil aktivlik göstərən yeni katalitik komplekslər sintez edilmiş, onların iştirakı ilə ağır piroliz qatranından naftalin fraksiyasının yüksək təmizlikdə ayrılması, asta koks-laşma və piroliz yolu ilə bircins səthə malik dənəvər-ləşmiş koksun və lifşəkilli laylı strukturlu nanoölçülü karbon hissəciklərinin sintezi həyata keçirilmişdir.

Pirokondensatın C5 fraksiyasının CVD qurğusunda helium mühitində katalitik pirolizindən nanokarbon materialları sintez edilmiş, onun quruluşu müasir fiziki analiz metodları ilə sübut edilmişdir.

Tərkibində metal saxlayan nanostrukturlaşdırılmış katalizatorların iştirakı ilə metanoldan 76% çıxımla С2-С4 olefinləri sintez edilmişdir.

Ağır neft qalıqlarının - mazutun, qudronun təbii modifikasiya olunmuş seolitlərin iştirakı ilə hidrokrekinqi nəticəsində 60-70 % kütlə benzin və dizel fraksiyaları alınmış, onları yüngül hidrotəmiz-lənmədən keçirməklə yanacaqlara komponent kimi istifadəsi tövsiyyə edilmişdir. Katalitik krekinq benzininin hidroizomerləşmə, hidroadsorbsiya prosesləri vasitəsilə keyfiyyətinin yaxşılaşdırılma-sına – kükürdün miqdarının 120 ppm-dən 12 ppm-ə qədər azaldılımasına nail olunmuşdur.

Г-43-107/М sxemi üzrə mayeləşmiş qazların iki pilləli kükürddən təmizlənmə prosesinin yeni metodikası işlənib hazırlanmışdır ki, bu da ətraf mühitə atılan çirkab sularının miqdarını bir neçə dəfə azaltmağa imkan verir.

Müxtəlif proseslər: disproporsionallaşma; dehidrotsiklooliqomerləşmə; izomerləşmə; oksidləşdirici dehidrogenləşmə; metanın aromatikləşməsi; dehidroalkilləşmə ücün seolitlərin istiqamətlənmiş modifikasiyası yolu ilə yüksək məhsuldarığa malik katalizatorlar işlənib hazırlanmışdir. Müəyyən olunmuşdur ki, karbohidrogenlərin çevrilməsinin seçiciliyini təyin edən aparıcı faktor seolitin mikroməsaməli qurluşudur.

Azərbaycanın bitki resursları - pambıq, günəbaxan və qarğıdalı yağları əsasında biodizel yanacaqlarının alınma texnologiyası işlənib hazırlanıb. Azərbaycan neftlərindən ayrılan neft turşuları, bitki yağlarından ayrılan turşular və qlikollar əsasında alınmış efirlər dizel yanacaqlarına resurs qənaətedici, yağlama antistatik xassələrini yaxşılaşdıran çoxfunksiyalı əlavələr kimi tədqiq olunub.

Aşağı keyfiyyətli benzinlər, qeyri-neft mənşəli xammalar hesabına avtomobil benzini ehtiyatlarının artırılması, ekstraksiya, hidrotəmizləmə və oksidləşdirici kükürdsüzləşdirmə proseslərindən istifadə etməklə, oktan ədədini aşağı salmadan katalitik krekinq benzininin tərkibində kükürdün miqdarını azaldılması, alkilləşmə, transalkilləşmə, hidroizomerləşmə və ekstraksiya proseslərindən istifadə etməklə riforminq benzininin tərkibində benzolun miqdarının azaldılması prosesləri həyata keçirilmiş və dünya standartlarına cavab verən əmtəə benzinlərinin alınmasının variantları işlənib hazırlanıb.

2006-cı ildə “Azərneftyağ” NEZ-də “Azdövrlü və orta dövrlü” DT markalı dizel yanacağının “İstehsal texnologiyası” işlənib hazırlanmış və tətbiq olunmuşdur. RT markalı reaktiv yanacağının Г-43 107 M qurğusunun 100 saylı hidrotəmizləmə bölməsində alınmasının texnoloji reqlamenti hazırlanmış və zavoda təqdim olunmuşdur. Həmçinin АМГ -10 hidravlik yağının baza məhsulun parafinli neftlərindən ətraf mühitə zərər verməyən yeni ekoloji təmiz texnologiya ilə alınması işlənib hazırlanmışdır.