Tel. | ||
Faks | ||
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri | Yaşar Mirzə oğlu Feyziyev biologiya elmləri doktoru |
|
İşçilərin ümumi sayı | 5 | |
Əsas fəaliyyət istiqamətləri | Fotosintetik reaksiya mərkəzlərində struktur-funksiya əlaqəsinin, elektron daşınmasının, ikinci fotosistemdə (FSII) suyun fotosintetik yolla oksidləşməsi və molekulyar oksigenin ayrılması mexanizminin, biomimetik FSII və süni fotosintezin, bioenerji və bitki stresinin tədqiqi. | |
Əsas elmi nəticələri | İkinci fotosistemdə xlorofilin dəyişən fluoressensiyasının təbiəti tədqiq edilmişdir. İkin fotokimyəvi reaksiya nəticəsində reaksiya mərkəzində əmələ gəlmiş [P680+Ph–] radikal cütünün enerji səviyyəsi ilə xlorofilin sinqlet həyacanlaşma səviyyəsi (P680*) arasında enerji baryerinin 0.11-0.13 eV olduğu müəyyən edilmişdir. İkinci fotosistemdə plastoxinon akseptorunun ikielektronlu reduksiya olunmuş halında mikrosaniyə diapozonunda gecikən işıq şüalanmasının xarici maqnit sahəsinin təsirinə həssas və aktivləşmə enerjisi 0.5-0.6 eV olan yeni komponenti aşkar edilmişdir. Bikarbonat ionlarının ikinci fotosistemdə rolu tədqiq olunmuşdur. Suyun fotosintetik oksidləşdiyi katalitik reaksiyalar tədqiq edilərək mühitin pH dəyişmələrinin ikinci fotosistemdə S pillələri arasında keçidlərə təsiri, kriogen temperaturlarda işığın təsiri ilə baş verən molekulyar reaksiyalar, sitoxrom b559 və S2, S3-pillələri arasında elektron mübadiləsi və s. öyrənilmişdir. |