Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Hüceyrənin membran sistemləri laboratoriyası

Hüceyrənin membran sistemləri laboratoriyası
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Səftər Yusif oğlu Süleymanov
biologiya üzrə elmlər doktoru, professor
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Ali bitkilərdə xloroplastların tilakoid membranının və submolekulyar piqment-zülal komplekslərinin struktur - molekulyar təşkili, orientasiyası və formalaşmasının tənzimlənmə prinsiplərinin tədqiq edilməsi. 
Əsas elmi nəticələri İlk dəfə olaraq, ispanaq bitkisində submolekulyar piqment-zülal komplekslərinin topoqrafiya modeli verilmişdir. Müxtəlif işıq rejimində (fasiləsiz və fasiləli işıq) yetişdirilən etiolə olunmuş buğda bitkilərində piqment-zülal komplekslərinin fotosintetik membranda formalaşma prinsipləri müəyyən edilmiş, bu prosesdə karotinoidlərin struktur rolu aşkar edilmişdir. Göstərilmişdir ki, bu komplekslərin apozülalları işıqlanma zamanı plastidlərdə monomer formada toplanır, sonra onlar aqreqasiya olunaraq, oliqomer formaya çevrilirlər. İlk dəfə olaraq, buğda cücərtilərində yaşıllaşmanın ilkin mərhələlərində ELİP adlanan və işıqla ilkin induksiya olunan polipeptidlər müşahidə olunmuşdur. Ətraf mühitin abiotik stress amillərinin (quraqlıq, duzluluq, radiasiya və s.) bitkilərə təsiri öyrənilmiş və ekstremal şəraitə adaptasiya prosesində fotosintetik aparatda baş verən dəyişikliklər qiymətləndirilmiş, davamlı sortlar üçün marker əlamətlər seçilmişdir.