Bitki biotexnologiyası laboratoriyası

Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri b.ü.f.d. Tofiq Hüsni oğlu Qaragözov 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Aborigen  Şirvan –Şahi  üzüm sortu  nümunəsində  nadir və nəsli kəsilməkdə olan bitki növlərinin populyasiyasının mikroklonal çoxaldılması texnologiyasının işlənib hazırlanması və inkişaf edilməsi. In vitro üsullardan  istifadə etməklə  abiotik stresslərə qarşı  yüksək  adaptiv qabiliyyətli və rezistent  formaların alınması.  Azərbaycan seleksiyasının bəzi kommersiya məqsədli qızılgül (Rosa L) sortlarının mikroklonal çoxaldılması. Arpanın yerli və xarici sort və sort nümunələrinin in vitro kulturada çoxaldılması üsullarının işlənib hazırlanması. 
Əsas elmi nəticələri Hüceyrə mühəndisliyi üsulu ilə yetişməmiş rüşeym hüceyrələrindən regenerant buğda bitkisi alınmışdır . Duz stresində in vivo və in vitro tam orqanizm və hüceyrə səviyyəsində bitkilərin realizə olunan adaptiv reaksiyaları aşkar edilmişdir. Hüceyrə, toxuma və intakt bitki orqanlarının ümümi davamlılıqda payı təyin edilmişdir. Genotiplərin normal və duz şəraitində yetişdirilmiş bitki yarpaqlarında və kalluslarında NaCl duzunun zülal kompleksinə təsiri öyrənilmişdir. Normal şəraitdə 45 -50 kD ölçüdə olan zülal duz şəraitində həddən artıq zəif ekspressiya olunur və normal bitki üçün xarakterik olmayan böyük ölçülü (~ 85 – 90kD) yeni bir zülal spektri aydın müşahidə edilmişdir. Sənaye istehsalında köklü əkin materialının alınmasının həyata keçirilməsi üçün üzümün 10 qiymətli süfrə sortlarının in vitro klonal çoxaldılma texnologiyası işlənib hazırlanmışdır. Jenşenin (Panax Ginseng) təcrid olunmuş hüceyrə kulturası alınmışdır. Yanıqlar üçün regenerativ potensialı stimullaşdırmaq və stafilokok infeksiyasının qarşısını almaq üçün yüksək farmakoloji aktivliyə malik ştamm əldə edilmişdir. Texnologiya praktiki tətbiqini tapmışdır. Bitkilərdə stress təsirinin artan qradientində rezistentlik və adaptivlik dərəcəsini aşkar etməyə imkan verən aqaraponika becərilmə sistemi işlənib hazırlanmışdır. Zəfəranın (Crocus S. L) biotexnoloji çoxaldılması texnologiyası işlənib hazırlanmışdır. In vitro-da soğanaq kəsiklərindən morfogenezin induksiyası yolu ilə orqanogenez mərhələsində temperatur qradientinin istifadəsi ilə bir sınaq şüşəsində 10- dan -25 – dək soğanaqlar alınmışdır. Zəfəranın (Crocus S. L) Abşeron populyasiyasının öyrənilməsi strategiyası işlənib hazırlanmışdır.