Spektroskopik analiz laboratoriyası

Tel. (+994 12) 4902476 
Faks (+994 12) 4903520 
Elektron poçtu azmea_nkpi@box.az 
Struktur bölmənin rəhbəri Cəfərova Rəna Ələkbər qızı
kim.e.d. 
İşçilərin ümumi sayı 13 
Əsas fəaliyyət istiqamətləri  Laboratoriya uzun illərdir ki, üzvi birləşmələrdə, o cümlədən də, neft və neft məhsullarında foto- və radiasiya kimyəvi proseslərin və onların spektral-lüminessent xassələrinin tədqiqi ilə məşğuldur. Tədqiqatlar əsasən aşağıdakı istiqamətlərdə aparılmış və aparılmaqdadır:

-          Alkilammonium və alkilfosfonium halogenidlərində məxsusu və aşkar elektron həyəcanlanmaları, rekombinasiya və lüminessensiya prosesləri öyrənilmişdir;

-          təkrar emal məhsullarından (katalitik krerinqin ağır qazoylu və ağır piroliz qatranı) səmərəli surətdə istifadə etmək və ekoloji problemlərin həllinə kömək etmək məqsədilə neft lüminoforları (NL) alınmış, onların fiziki-kimyəvi , geniş temperatur intervalında (-196÷3000

C) spektral-lüminessent xassələri öyrənilmiş və onların elm və texnikanın bir sıra yeni sahələrində tətbiq sahələri müəyyən edilmişlir;

-          alınan NL-nın fotokimyəvi- və fotofiziki xassələri tədqiq edilmiş, onlarda müxtəlif növ şüaların təsiri altında əmələ gələn məhsullar  (həmçinin, radikallar) aşkar edilmiş, foto- və radiasiya şüalarının, temperaturun təsiri ilə gedən çevrilmələrin mərhələləri aşkar edilmiş və mexanizmləri verilmişdir;

-          İnstitutumuza yeni müasir  spektral aparatların alınması və onların imkanlarının (həssaslıqlarının, spektral sahələrinin və s.) nisbətən geniş olması ilə əlaqədar olaraq göstərilən proseslərin daha ətraflı öyrənilməsi və NL-nın tətbiq sahələrinin genişləndirilməsi gözlənilir;

-         laboratoriyada digər istiqamət institutumuzda alınan kimyəvi maddələrin strukturunun, öyrənilən proseslərin kinetika və mexanizmlərinin UB-, İQ-,NMR-, EPR- spektroskopiyası və lüminessensiya (foto- və termolüminessensiya) metodları ilə həm kəmiyyət, həm də keyfiyyət baxımından öyrənilməsidir.  

Əsas elmi nəticələri 1.Tl+, Pb2+, Bi3+  ionları ilə aktivləşdirilmiş alkilammonium və alkilfosfonium halogenidlərin əsasında yeni sinif kristalfosforların alınmasının elmi əsasları işlənib hazırlanmış və göstərilmişdir ki, onların spektral-lüminessent xassələri qələvi-torpaq kristalları və ammonium-halogenid kristallarının uyğun xassələrinə nisbətən daha geniş diapazonda dəyişir.

2.Qurğuşunun haloid duzlarının birli alifatik aminlərlə komplekslərinin əsasında əvvəlcədən məlum olmayan, görünən və yaxın İQ-spektral sahədə şüalanan və işıqlanmasının kvant çıxımına görə bir çox üzvi lüminoforlardan üstün olan lüminofor sinifləri işlənib hazırlanmışdır.

3. PbBr2·CH3NHkompleksi və onun əsasında alınan lüminoforlar ultrabənövşəyi və infraqırmızı lazer şüalarını görünən işığa çevirən maddələr (çeviricilər) kimi təqdim olunmuşdur.

4. Ağır neft qalıqlarının (ANQ) əsasında neft lüminoforlarının alınmasının elmi əsasları işlənib hazırlanmış və müəyyən edilmişdir ki, onlar günəş enerjisinin dönən akkumulyatorları, hidrogen alınmaqla üzvi birləşmələrin fotosensibilizatorları, polimerlər üçün lüminessent boyalar, kapilyar defektoskopiya üçün penetrantlar, dönən fotokimyəvi proseslər üçün fotoxrom materiallardır.

5. Müəyyən edilmişdir ki, neft lüminoforları sintetik lüminoforlardan fərqli olaraq dəyişən lüminessent xassələrə malikdir. ANQ-nın fraksiyalarından göy qurşağının bütün rənglərinə uyğun rəngdə işıqlanması olan lüminoforlar almaq mümkündür.

6. ANQ-da nəinki qatran-asfalten maddələrinə xas olan radikallar, həm də aromatik karbohidrogenlərə aid radikalın (perinaften radikalı) olduğu aşkar edilmişdir. Göstərilmişdir ki,fotoşüanın təsiri altında bu sistemlərdə radikalların generasiyası, həm də onların məhvi baş verir. Perinaften radikallarının fotoxrom xassəsi ilk dəfə olaraq müəyyən edilmişdir.

7. Stabilləşmənin – UB ekranlaşma, molekulların həyəcanlaşmış halının enerjisinin akseptoru və fotokimyəvi reaksiyaların ləngidilməsi mexanizmini özündə birləşdirən qatran-asfalten birləşməsinin neft lüminaforları və digər üzvi birləşmələr üçün universal antioksidant olmaları göstərilmişdir.

8.Katalitik krekinqin ağır qazoylunun neft lüminoforu 20-dən artıq müəssisədə, o cümlədən, “Monokristalreaktiv”də (Xarkov ş.), “ATOMMAŞ” da (Volqodonsk ş.) “Neftqazaftomat” EİB-də (Sumqayıt ş.) və s. sınaqdan keçirilmiş və tədbiq olunmuşdur.