İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsi

Tel. (+994 12) 4923179 
Faks  
Elektron poçtu nazmiyya@mail.ru 
Struktur bölmənin rəhbəri

Nəzmiyyə Ağali qızı Yigitoğlu

filologiya üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

- Nizami Muzeyinin ictimaiyyətlə əlaqələrini təşkil etmək, həyata keçirmək, muzeyin fəaliyyətinin KİV-də işıqlandırılması, muzey tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasını təmin etmək, bununla əlaqədar press-relizlər, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlamaq

- Muzeyin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavab hazırlamaq və təhrif hallarının aradan qaldırılması üçün tədbirlər görmək

- Muzey rəhbərliyinin KİV-də çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkil etmək, əlaqələndirmək və muzey tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin etmək

- Muzeyin rəsmi internet saytı və sosial şəbəkələrdəki səhifələri üçün məlumatların hazırlanması prosesində iştirak etmək və həmin məlumatları saytlarda yerləşdirmək