Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsi

Tel. (+994 12) 5372073  
Faks (+994 12) 5372079 
Elektron poçtu  
Struktur bölmənin rəhbəri h.f.d. Əliyev Bəxtiyar Əbdurəhman oğlu 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  - Şöbə, əsasən, aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- Beynəlxalq terrorçuluq bir şəbəkə kimi: maliyyə mənbələri, məqsədləri;

- Radikal dini qurumların, ekstremizmin Azərbaycan dövlətçiliyinə qarşı tutduqları mövqelərin təhlili və tədqiq edilməsi;

- Azərbaycanın Cənub və Qərb bölgələrində dinin potensial imkanlarını araşdırmaq və radikalizm meyillərini öyrənmək;

- Milli təhlükəsizliyimizə qarşı təhdidlər, beynəlxalq yeni erməni terror şəbəkələrinin araşdırılması;

- Terrorizm Cənubi Qafqazda ekoloji təhdid kimi (beynəlxalq-hüquqi aspektlər);

- Kiberterrorçuluq və yeni təhdid ilə mübarizə;

- Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinin siyasi problemləri (Azərbaycan Respublikasının timsalında) ;

- Avropanın enerji təhlükəsizliyi və Azərbaycan;

- Azərbaycanın su ehtiyatları və mümkün risklər.

Əsas elmi nəticələri - Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində törətdiyi işğal aktları, terrorizmin ekologiyaya hansı səviyyədə zərər vurması araşdırılmış və həmçinin BTC-nin ekoloji təhlükəsizliyinə ola biləcək terror hədələri də geniş tədqiqat sahəsi olmuşdur.

- Qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində dövlət siyasəti MFP-nın 2.1. bəndi əsasında tədqiq edilmiş, onlara dəyən maddi ziyanın hesablanaraq Ermənistanın beynəlxalq məhkəməyə verilməsi və dəymiş zərərin ödənilməsinin tələb edilməsi məsələsi irəli sürülmüşdür.