Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  İctimaiyyətlə əlaqələr şöbəsi

İctimaiyyətlə əlaqələr şöbəsi
Tel. (+994 70) 9774778 
Faks (+994 12) 4936751
Elektron poçtu info@ogi.az
Struktur bölmənin rəhbəri Abbasova Könül Oqtay qızı  
İşçilərin ümumi sayı 2
Əsas fəaliyyət istiqamətləri 

AMEA Neft və Qaz İnstitutunda “İctimaiyyətlə əlaqələr” şöbəsinin əsas funksiyası institutda aparılan elmi-tədqiqat işləri ilə ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırmaqdan ibarətdir. Şöbə fəaliyyətini AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi ilə əlaqələndirir, idarə ilə əməkdaşlıq edir.

Şöbə İnstitutun KİV-lə və ictimaiyyətlə əlaqələr sahəsində işlərinin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir. Şöbə İnstitutda ictimaiyyət ilə əlaqələri təşkil edir, əlaqələndirir və həyata keçirir;

İnstitutun fəaliyyətinin KİV-də işıqlandırılmasını, İnstitut tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir, bununla əlaqədar press-relizləri, bəyanatları, müsahibələri, çıxışları və s. hazırlayır. Şöbə İnstitutun fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavab hazırlayır və təhrif hallarının aradan qaldırılması üçün tədbirlər görür.

Şöbə İnstitutun rəhbərliyinin KİV-də çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkil edir, əlaqələndirir və İnstitut tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin edir. Şöbə İnstitutun rəsmi internet saytı və sosial şəbəkələrdəki səhifələri üçün məlumatların hazırlanması prosesində iştirak edir və həmin məlumatları saytlarda yerləşdirir.