Qaz-kondensat sistemlərində faza keçidləri və böhran halları şöbəsi

Tel. (+994 12) 4975854,

(+994 50) 3949886     

Faks  
Elektron poçtu dzhalalovgarib@rambler.ru  
Struktur bölmənin rəhbəri (ə.e.) AMEA-nın müxbir üzvü, t.e.d., professor Calalov Qərib İsaq oğlu
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Flüidlərin faza vəziyyətinin analitik və eksperimental öyrənilməsi, onların əsasında neft və qaz quyularının texnoloji parametrlərinin təyin edilməsi üçün, yüksək təzyiq və temperaturları nəzərə almaqla, yeni metodik yanaşmaların işlənib hazırlanması.

Qaz-kondensat və qaz-kondensat-neft yataqlarının işlənilməsinin hesablama sxemlərinin yaradılması və təkmilləşdirilməsi.

Hidroqazdinamik modelləri yataq şəraitlərinə uyğunlaşdırmaq və yeni texnoloji üsullar tətbiq etməklə bu yataqların işlənilmə proseslərinin təkmilləşdirilməsi.

Tətbiqi proqram paketinin yaradılması.

Əsas elmi nəticələri Qazkondensat qarışığının yüksək təzyiq və temperatur şəraitində faza vəziyyətinin eksperimental və analitik öyrənilməsi və onların əsasında lay və quyuların göstərişlərini hesablamaq üçün yeni metodiki yanaşmaların işlənib hazırlanması; qazkondensat quyularının məhsuldarlığını artırmaq məqsədi ilə onların quyuətrafı zonasının müxtəlif qazlarla işlənilməsi; məsaməli mühitin kollektorların və onları doyduran flüidlərin xassələrini nəzərə almaqla retroqrad proseslərinin mexanizminin öyrənilməsi və s.

Qaz və qaz-kondensat qarışığının şaquli borularda hərəkəti üçün qazın genişlənməsi, sürtünmə qüvvəsinin termodinamik ekvivalenti, faza çevrilmələri və ani qaz kütləsi üçün prinsipcə yeni enerji balansı sxemi nəzərə alınmaqla ilk dəfə olaraq enerji tənliyi həll edilmişdir. Bu, qaldırıcı liftin konstruksiyasını, xarici mühitlə istilik mübadiləsini və spesifik quyu şəraitlərini nəzərə almaqla quyuağzı məlumata əsasən qaz və qaz-kondensat quyularının texnoloji parametrlərinin yeni hesablama üsulunu işləyib hazırlamağa imkan vermişdir.

Krikondenbardan daha yüksək təzyiqlərdə çoxkomponentli qaz-kondensat sistemlərinin termodinamiki eksperimental tədqiqatları onların faza davranışında ilk dəfə olaraq yeni təzahürü aşkar etməyə və həmçinin retroqrad təzahürlərin fiziki mahiyyəti haqqında anlayışları mühim dərəcədə genişləndirməyə imkan vermişdir.

İlk dəfə olaraq, layda çökmüş retroqrad kondensatın buxarlanmasına məsaməli mühitin təsiri eksperimental öyrənilmiş və göstərilmişdir ki, bu təsir çox hallarda, xüsusən quyudibi zonaya və qaz-kondensat yatağına “quru” karbohidrogen qazı ilə təsir zamanı nəzərə alınmalıdır.

Məsaməli mühitin kollektor xüsusiyyətlərinin və onu doyduran flüidlərin fiziki-kimyəvi xassələrini nəzərə almaqla retroqrad proseslərinin mexanizmi öyrənilmişdir.

Qaz-kondensat yataqlarının işlənilməsi prosesinin texnoloji parametrlərinə və faza kondensasiyası göstəricilərinə məsaməli mühitdə kondensat mikrorüşeymlərinin yaranma zonasının ciddi təsiri ilk dəfə öyrənilmişdir.

İlk dəfə olaraq, məsaməliyin, qalıq su ilə doyumluğunun, kondensatın sıxlığının və layın temperaturunun qaz-kondensat qarışığının diferensial kondensasiya prosesində birgə təsiri öyrənilmiş və bunun əsasında qaz-kondensat sistemi kondensasiyasının başlanma təzyiqi parametrinə yeni baxışlar formalaşmış və göstərilmişdir ki, onun qiyməti kondensatın mikrorüşeymlərinin yaranma intervalının yüksək sərhədindəki təzyiqin qiymətinə uyğun təyin olunmalıdır və onun təyini üçün yeni üsul təklif olunmuşdur.

Yatağın karbohidrogen veriminə laydakı qalıq suyunun təsir mexanizmi flüidlərin faza vəziyyətini, süxurların kollektor xassələrini və termobarik şəraiti nəzərə almaqla öyrənilmişdir.

İlk dəfə lay şəraitində retroqrad kondensasiyanın fiziki mahiyyəti araşdırılmış və müəyyən edilmişdir ki, dispersləşmiş şəkildə olan maye komponentləri səthi qüvvələrinin təsiri ilə lay sisteminin duman yaranma təzyiqindən böyük təzyiqlərdə belə qaz-kondensat sisteminin aerosol halının posulması nəticəsində qarışıqdan ayrılaraq sərbəst maye fazası yaradır və bu fenomen yatağın işlənilməsi prosesində fəal iştirak edir.