Neftli-qazlı komplekslərin litologiyası şöbəsi

Tel. (+99412) 493 67 13
Faks (+99412) 493 67 89 
Elektron poçtu vaqifqurbanov@mail.ru
Struktur bölmənin rəhbəri Qurbanov Vaqif  Şıxı oğlu, g.-m.e.d., prof. 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

Müasir texnoloji imkanlar və innovativ texnologiyalardan istifadə etməklə, geofiziki və petrofiziki məlymatların araşdirması nəticəsində karbohidrogen yataqlarının struktur quruluşu, dərinlik kəsilişi, laydaxili və laylar arası, eləcə də neft-ana qatları ilə miqrasiya-axın sahələrinin modelləşdirməsiməsələlərini əhatə edir;

Karbohidrogen yataqlarının, o cümlədən Azərbaycanın mezozoy çöküntülərində olan nəhəng yataqların genezisi və əmələgəlməsinin öyrənilməsi və modelləşdirilməsi;

Yer qabığının, hidrosferin və səthə yaxın atmosferin qaz rejiminin, kimyəvi və izotop tərkibinin tədqiqi;

Faydalı qazıntıların (neft, qaz, sulfid filizləri) axtarışının qaz-geokimyəvi metodları;

Qaz hidratları.
Əsas elmi nəticələri

Azərbaycanın və Xəzərin Yer qabığının, hidrosferin, səthə yaxın atmosferin təbii qazlarının kompleks tədqiqatları onların kimyəvi və izotop tərkibinin müxtəlif geoloji şəraitdən asılı olaraq dəyişməsini müəyyənləşdirməyə imkan vermişdir. Təbii qazların təkamül modelləri yaradılmış və yer təkinin müasir qaz tənəffüsünün intensivliyi və atmosferin çirklənməsində onun rolu qiymətləndirilmişdir. Neft, qaz-kondensat və qaz yataqlarının Cənubi Xəzər çökəkliyinin gömülmüş zonalarından karbohidrogenlərin lateral miqrasiyası nəticəsində formalaşması sxemləri işlənilmişdir. Bu tədqiqatlar Azərbaycanda Bahar, Xara-Zirə, Şahdəniz kimi iri qaz-kondensat yataqlarının kəşfinə gətirib çıxarmış, əsasən neft və qaz toplanması, onların ayrılmasında qaz-kimyəvi kriterilərin işlənilməsi üçün nəzəri baza olmuşdur. Şöbənin alimləri Günəşli neft yatağını ilk kəşf edənlərdən biri olmuşlar. 1-10000 metr dərinlikdə neft, qaz və su nümunələrinin götürülməsi üçün müxtəlif avadanlıq, yüksək dəqiqliyə malik müasir qaz-analitik cihazlarından istifadə edilir. Dənizin istənilən dərinliklərindən su və dib çöküntülərinin hermetik nümunələrini götürmək üçün kompleks avadanlıq işlənilib hazırlanmışdır.

Mövcud çox saylı eksperimental tədqiqatların ümumiləşdirilməsi əsasında, terrigen çökmə süxurlarında lay təzyiqinə yaxın şəraitdə məsaməliliyin sıxılma əmsallarının hərtərəfli təzyiq və temperaturdan asılı olaraq dəyişməsi dəgigləşdirmişdir.

CXÇ-nin Bakı arxipelaqının SDXZ yatağı ərazisində məhsuldar horizontlar səthlərlərin sxematik 3D modeli tərtib edilmişdir.

Neft-qaz quyularını kəsilişlərində kompleks ərazi interpretasiya üsulundan istifadə edildiyindən, petrofiziki xassələrinin sahə üzrə təyiyini təmini və quyular arası məkanlarda yatağin struktur elementlərinin müəyyənləşdirməsi həyana keçmişdir.

Məhsuldar horizontlar daxilində xüsusi hesablanmış kəmiyyətlər vasitəsilə sübuta yetirilmişdir ki, kollektorların laydaxili səviyyələri flyuid selinə qarşı heç də bircins hesab oluna bilməz.

Şöbənin əməkdaşları 1:500000 miqyaslı “Azərbaycan SSR-in geokimyəvi anomaliyalar xəritəsi” (1982), “Azərbaycan SSR-in neft-qaz yataqları və perspektiv strukturlar xəritələri” (1984), “Azərbaycan SSR-in neft-qazlılıq xəritələri” (1985), “Xəzər dənizinin cənub çökəkliyinin palçıq vulkanları xəritələri” (1995), “Azərbaycanın təbii qazları xəritələri”nin (2003) tərtibində iştirak etmişlər.

Böyük faktiki materialın ümumiləşdirilməsi nəticəsində şöbədə karbohidrogenlərin genezisinin dərinlik-biogen fərziyyəsi irəli sürülmüşdür.