Polimerləşmə katalizi laboratoriyası

Tel.

(+994 12) 4902476 (216)

(+994 12) 4968114   
Faks (+994 12) 4903520  
Elektron poçtu alreyhan@yahoo.com  
Struktur bölmənin rəhbəri

Reyhan Vəli qızı Əliyeva

Kimya elmləri doktoru

İşçilərin ümumi sayı 15 
Əsas fəaliyyət istiqamətləri  Etilenin və C3-C12 α-olefinlərin oliqomerləşməsi və polimerləşməsi üçün yeni metalüzvi və ion maye tipli katalitik sistemlərin işlənib hazırlanması. Poliolefinlərin funksionallaşdırılması üçün əlverişli inisiatorlu sistemlərin tədqiqi. Polietilen, polipropilen və onların calaq birgəpolimerləri əsasında tərkibində Ti-, Ni-, Al-, Cu-, Fe-(nano)zərrəcikləri saxlayan polimer kompozitlərin, faza-keçid materiallarının sintezi. Polimer nanokompozitlərin və sulfokationitlərin bəzi neft-kimya proseslərində, o cümlədən efirləşmə (katalitik krekinqin və pirolizin C4 fraksiyasının etanol, butanol, izopropanol ilə və bəzi birəsaslı turşuların ali spirtlərlə efirləşməsi) karbon oksidinin metan və su ilə konversiyasında katalitik xassələrinin yoxlanılması. Bir sıra yağ və yanacaqların və efirləşmə nəticəsində alınan azeotrop qarışıqların selektiv ayrılması üçün ion-maye tipli ekstragentlərin tətbiqi üzrə tövsiyələrin verilməsi və bu proseslərdə «COSMO-RS screening»  metodunun istifadə olunması. 
Əsas elmi nəticələri “Calanmış ion maye” liqandlı metalüzvi katalitik sistemlərin sadə “in situ” alınma üsulu işlənib hazırlanmış, onların iştirakında müxtəlif göstəricilərə malik poliolefinlər alınmışdır. Yeni sadə inisiator sistemləri iştirakında alınan calaq sopolimerlərin sulfo-törəmələri və onların nanotitan modifikatlarının iştırakında efirləşmə reaksiyalarının baş vermə mexanizmləri araşdırılmışdır. Tərkibində Cu-, Fe-, Al-saxlayan yüksək fiziki-mexaniki göstəricilərə və termooksidləşmə stabilliyinə malik, maqnit və elektrik xassələri ilə xarakterizə olunan polimer nanokompozitlər və faza-keçid materialları işlənib hazırlanmışdır. Pirolizin və katalitik krekinqin C4-fraksiyası əsasında yüksək oktanlı əlavələrin azeotrop qarışıqlardan selektiv ayrılmasına imkan verən, ekoloji və iqtisadi cəhətdən sərfəli, resirkulyasiya olunan ion maye tipli ekstragentlər alınmışdır.