Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi şöbəsi

Tel. (+994 12) 4936713 
Faks (+994 12) 4936789 
Elektron poçtu vaqifqurbanov@mail.ru 
Struktur bölmənin rəhbəri g.-m.e.d., prof. Qurbanov Vaqif Şıxı oğlu
İşçilərin ümumi sayı 4
Əsas fəaliyyət istiqamətləri  Karbohidrogen yataqlarının, o cümlədən Azərbaycanın mezozoy çöküntülərində olan nəhəng yataqların genezisi və əmələgəlməsinin öyrənilməsi və modelləşdirilməsi;

Yer qabığının, hidrosferin və səthə yaxın atmosferin qaz rejiminin, kimyəvi və izotop tərkibinin tədqiqi;

Faydalı qazıntıların (neft, qaz, sulfid filizləri) axtarışının qaz-geokimyəvi metodları;

Qaz hidratları.

Əsas elmi nəticələri Azərbaycanın və Xəzərin Yer qabığının, hidrosferin, səthə yaxın atmosferin təbii qazlarının kompleks tədqiqatları onların kimyəvi və izotop tərkibinin müxtəlif geoloji şəraitdən asılı olaraq dəyişməsini müəyyənləşdirməyə imkan vermişdir. Təbii qazların təkamül modelləri yaradılmış və yer təkinin müasir qaz tənəffüsünün intensivliyi və atmosferin çirklənməsində onun rolu qiymətləndirilmişdir. Neft, qaz-kondensat və qaz yataqlarının Cənubi Xəzər çökəkliyinin gömülmüş zonalarından karbohidrogenlərin lateral miqrasiyası nəticəsində formalaşması sxemləri işlənilmişdir. Bu tədqiqatlar Azərbaycanda Bahar, Xara-Zirə, Şahdəniz kimi iri qaz-kondensat yataqlarının kəşfinə gətirib çıxarmış, əsasən neft və qaz toplanması, onların ayrılmasında qaz-kimyəvi kriterilərin işlənilməsi üçün nəzəri baza olmuşdur. Şöbənin alimləri Günəşli neft yatağını ilk kəşf edənlərdən biri olmuşlar. 1-10000 metr dərinlikdə neft, qaz və su nümunələrinin götürülməsi üçün müxtəlif avadanlıq, yüksək dəqiqliyə malik müasir qaz-analitik cihazlarından istifadə edilir. Dənizin istənilən dərinliklərindən su və dib çöküntülərinin hermetik nümunələrini götürmək üçün kompleks avadanlıq işlənilib hazırlanmışdır.

Şöbənin əməkdaşları 1:500000 miqyaslı “Azərbaycan SSR-in geokimyəvi anomaliyalar xəritəsi” (1982), “Azərbaycan SSR-in neft-qaz yataqları və perspektiv strukturlar xəritələri” (1984), “Azərbaycan SSR-in neft-qazlılıq xəritələri” (1985), “Xəzər dənizinin cənub çökəkliyinin palçıq vulkanları xəritələri” (1995), “Azərbaycanın təbii qazları xəritələri”nin (2003) tərtibində iştirak etmişlər.

Böyük faktiki materialın ümumiləşdirilməsi nəticəsində şöbədə karbohidrogenlərin genezisinin dərinlik-biogen fərziyyəsi irəli sürülmüşdür.