Neftin geokimyası şöbəsi

Tel. (+994 12) 5100141 
Faks (+994 12) 4975285 
Elektron poçtu martgs@rambler.ru 
Struktur bölmənin rəhbəri f.-r.e.d. Martınova Qalina Serqeyevna
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Geokimyəvi  və ekoloji problemlərin  həll edilməsi üçün fundamental və tətbiqi tədqiqatların aparılması;

Keyfiyyətə nəzarət və maddələrin geniş təhlilinin həyata keçirilməsi;

Texniki personalın harırlanması üçün  elmi-texniki dəstəyin göstərilməsi və elmi-texniki məsləhətin təmin edilməsi;

Milli və beynəlxalq təhsil və tədqiqat layihələrində, proqramlarında, treninqlərdə iştiraki.

Şöbə İSO 9001 beynəlxalq keyfiyyət sertifikati olan “Perkin Elmer” şirkətinin avadanlığı ilə təchiz olunmuşdur.

Tədqiqatlar aşağıdakı istiqamətlərdə aparılır:  GC/MS, ICP/MS, DLC, IR/UV/VIS spectrometry, STA. 
Əsas elmi nəticələri Fluidlərin geokimyəvi kriteriyaların öyrənilməsi nəticələri əsas götürülərək şöbə işçiləri tərəfindən karbohidrogenlərin faza vəziyyəti müəyyən edilir, naftidlərin mikroelement tərkibi öyrənilir.Şöbədə eyni vaxta neftlərin tərkibi və C3-C40 fraksıyaların tərkibi, alkanların, cıkloalkanların və izoprenoıdlərin miqdarı təyin edilir. Müxtəlif yaşlı neftlərdə n-alkanların miqdarı paylanması nəticəsində fluidlər geokimyəvi tiplərə ayrılır.

Neftlərin və bitumoidlərin biomarker analizi aparılır,çünki biomarkerlər -finqerprint olaraq müəyyən təbii neftin individual xarakteristikasını göstərir.

Şöbədə üzvi maddələrin karbohidrogen tərkibin geokimyəvi tədqiqi nəticəsində Abşeron arxipelaqı neft yataqların qabaqcadan neftqazlılıgını müəyyən edilməsi üçün mühüm nəticələr alınmışdır.