Quyu-lay sistemlərinin hidrodinamikasının nəzəri problemləri şöbəsi

Tel. (+994 12) 5393989 
Faks (+994 12) 5372285 
Elektron poçtu g_calal@lan.ab.az 
Struktur bölmənin rəhbəri Calalov Qərib İsaq oğlu

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor 

İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Süzülmə proseslərinin termohidrodinamiki modelləşdirilmə üsullarının inkişafı və işlənilmənin tarixi məlumatlarına əsasən karbohidrogen yataqlarının hidrodinamik modellərinin parametrik identifikasiyası. 
Əsas elmi nəticələri - Çoxlaylı neft və qaz yataqlarının müxtəlif şəraitlərdə istismarı zamanı işlənilmənin texnoloji göstəricilərinin təyininin yeni üsulları təklif edilmiş və hidrodinamik əsasları yaradılmışdır;

- Təbii və texnoloji amilləri tam nəzərə almaqla, layların süzülmə-tutum və həndəsi parametrlərini təyin etməyə imkan verən yeni yüksək effektli hidrodinamik tədqiqat üsulları yaradılmışdır;

- Karbohidrogen yataqların istismarı şəraitində müxtəlif litoloji tərkibli laylarda birfazalı və çoxfazalı flüidlərin süzülməsi zamanı təbii və texnoloji parametrləri və onların mümkün dəyişmələrini nəzərə almaqla, işlənilmə prosesini immitasiya etməyə və proqnozlaşdırmağa imkan verən identifikasiya üsulu yaradılmışdır;

- Deformasiya olunan qeyri-bircins qranulyar və çatlı laylarda qərar-laşmamış süzülmə rejimində flüidin və kollektorun fiziki xassələrinin təzyiqdən asılı olaraq dəyişməsini nəzərə almaqla lay parametrlərinin identifikasiyasının tərs məsələlərinin variasiya qoyuluşlu həlli üsulları işlənmişdir;

- Çoxlaylı yataqlarda flüidlərin süzülmə proseslərinin kompleks tədqiqatları yerinə yetirilmiş və müvafiq hidrodinamik məsələlərin dəqiq analitik və effektiv yarı-analitik həlləri alınmışdır ki, bu da göstərilən prosesi modelləşdirməyə, bütövlükdə sistemin parametrlərinin orta qiymətini tapmağa və variasiya üsulunun tətbiqi ilə müvafiq hidrodinamik tərs məsələlərin həlli nəticəsində fərdi lay parametrlərinin tapılmasına imkan vermişdir;

- Kollektorların keçiricilik üzrə qeyri-bircinsliyini və anizotroplu-ğunu, quyu debitlərinin müxtəlifliyini, natamamlığını və qarşılıqlı təsirini, süzülmə qanununun qeyri-xəttiliyini nəzərə almaqla deformasiya olunan çatlı laylarda flüidlərin süzülməsinin, su-neft sərhədinin hərəkəti və onun tənzimlənməsinin hidroqazdinamik məsələlərinin həlli üsulları işlənmişdir;

- Fəza koordinatlarından ixtiyari asılılıq şəraitində yatağın keçiriciliyinin sahə elementləri üzrə təsadüfi paylanmasının orta qiymətinin alın-ması yolu ilə qeyri-bircins məsaməli, çatlı və çatlı məsaməli kollektorlu laylarda süzülmə proseslərinin riyazi modeli təklif edilmiş və uyğun hidrodinamik məsələlərin vahid həll üsulu işlənmişdir;

- Flüidlərin qərarlaşmamış süzülməsi zamanı işləyən mərkəzi quyu ətrafında yaranan elastik–plastik dairəvi zonalarda qum təzahürünün intensivliyinin dinamikası tədqiq edilmişdir.

- İlk dəfə olaraq deformasiya olunan məsaməli mühitdə qazlı mayenin süzülməsini xarakterizə edən dəyişən əmsallı qeyri-xətti xüsusi törəməli differensial tənliklər sisteminin verilmiş şərtlər daxilində şəbəkə üsulu vasitəsilə həll alqoritmi qurulmuşdur. Yatağın istənilən nöqtəsində koordinatdan və zamandan asılı olaraq lay təzyiqinin, neftlədoymanın və quyunun debitinin dəyişmə xarakterini təyin etməyə imkan verən ədədi hesabat proqram paketi yaradılmış və realizə edilmişdir;

- Kollektoru deformasiya olunan məsaməli mühitdə qazlı mayenin süzülməsi zamanı müasir optimal idarəetmənin variasiya üsulu əsasında prosesin hidrodinamik modelinin nisbi faza keçiricilik (NFK) funksiyalarına nəzərən identifikasiya məsələsi qoyulmuş və həll edilmişdir. Geoloji və mədən məlumatlarının çatışmazlığı və qeyri-dəqiqliyi şəraitində prosesin hidrodinamik modelinin məqsədyönlü və effektiv dəqiqləşdirməsinə və bununla da yatağın texnoloji iqtisadi göstəricilərinin proqnozunun yaxşılaşdırılması üçün onu korrektə etməyə imkan yaradıldığı göstərilmişdir;

- Keçiriciliyə nəzərən qeyri-bircins məsaməli mühitdə tükənmə rejimində qazlı mayenin quyular sisteminə süzülməsi şəraitində hidrodinamik modelin parametrik identifikasiyası məsələsi həll edilmişdir. NFK funksiyalarının qiymətlərinə kollektorun deformasiya səciyyəsinin və quyuların interferensiyasının təsiri öyrənilmişdir;

- Tükənmə rejimində çoxfazalı mayenin açılma dərəcəsinə nəzərən natamam vertikal və horizontal quyulara axını prosesləri modelləşdirilmiş, hidrodinamik modelin adaptasiyası zamanı NFK funksiyalarının neftlədoyma əmsalından asılı olaraq dəyişməsinə quyunun natamamlıq dərəcəsinin və kollektorun deformasiya səciyyəsinin təsiri araşdırılmışdır;

- Məsaməli mühitdə birfazalı və çoxfazalı flüidlərin süzülməsi zamanı istilik-kütlə mübadiləsinin keçid və termodinamiki effektləri nəzərə alan hidrodinamiki modelləri yaradılmışdır.

Aparılmış tədqiqatlar əsasında qərarlaşmamış faza axını zamanı isistilik-kütlə mübadiləsinin nəzəriyyəsi inkişaf etdirilmişdir.