Təhsil şöbəsi

Tel. (+994 12) 4936751  
Faks (+994 12) 4936789  
Elektron poçtu education.ogi@gmail.com  
Struktur bölmənin rəhbəri Hüseynova Aytən Bəxtiyar qızı (i.e.) 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  AMEA-nın Neft və Qaz İnstitutunda Təhsil şöbəsi fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, doktorant və dissertantların magistrlərin elmi fəaliyyətinin təşkil olunması məqsədi ilə yaradılmışdır.

Təhsil şöbəsi doktorant və dissertantların sənədlərinin qəbulunu, referatların yazılmasını, fərdi iş planlarının hazırlanmasını, ixtisas fənni üzrə qəbul imtahanlarının keçirilməsini təşkil edir.

Təhsil şöbəsi doktorant və dissertantların attestasiyasını və doktorluq imtahanlarının keçirilməsini təşkil edir.

Təhsil şöbəsi magistratura təhsilini həyata keçirir, magistrlərin tədris planında nəzərdə tutulan fənnlər üzrə məşğələlərdə iştirakını təşkil edir, magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasını təmin edir.

Təhsil şöbəsi doktorant və dissertantların fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil Şöbəsi ilə əlaqələndirir və lazımi sənədlərin təqdim olunmasını təmin edir.

Təhsil şöbəsi nüfuzlu elmi jurnal və məcmuələrdə doktorantların elmi tədqiqatlarının nəticələrinin çap olunmasına dəstək göstərir.

Təhsil şöbəsi magistrlərin, doktorant və dissertantların, gənc alimlərin institut, respublika və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirakının təmin olunmasına dəstək göstərir və tövsiyələr verir.

Əsas elmi nəticələri