Geoloji-geofiziki elmlərin tarixi şöbəsi

Tel. (+994 12) 5100141
Faks (+994 12) 5372285
Elektron poçtu kama-nara@mail.ru
Struktur bölmənin rəhbəri Professor Mahmudov Hikmət İsmayıl oğlu 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  - Petrologiya və metallogeniya sahələrində Azərbaycanda aparılan elmi istiqamətlərin inkişafı prosesinin müəyyənləşdirilməsi;

- Geoloji elmlərin tarixinin ayrı-ayrı sahələr üzrə öyrənilməsi, aparılan tədqiqat işlərinin elmi təhlilinin verilməsi, onların mərhələlər üzrə sistemləşdirilməsi.

- Azərbaycanın qeyri-filiz faydalı qazıntılarının geokimyəvi xüsusiyyətlərinin və tətbiq sahələrinin araşdırılması və onların müasir elmi səviyyəsi.

- Azərbaycanın geologiyasının, tektonikasının, faydalı qazıntılarının, petrologiya və metallogeniyasının tarixi nöqteyi nəzərdən açıqlanması, onlar üzərində elmi araşdırmaların aparılması və bunların digər ölkələrin, o cümlədən Rusiya, ABŞ, Avropa və s. ölkələrin geoloji tarixi ilə müqayisəli təhlilinin verilməsi.

- Görüləcək tədqiqat işlərində petrologiya və metallogeniya ilə yanaşı geologiya elminin digər sahələri, o cümlədən vulkanologiya, geofizika sahələrinə də diqqət yetirilməsi, habelə geofizikanın yaranması, onun inkişaf mərhələləri, geofiziki tədqiqatların və onların nəticələrinin tarixilik baxımdan şərh edilməsi, geologiyanın ekologiya ilə əlaqəsi, Azərbaycanda ekoloji problemlərlə bağlı elmi-tədqiqat işlərinin təhlil edilməsi.

Əsas elmi nəticələri Azərbaycanda petrologiya və metallogeniya sahələri üzrə 1930-1970-ci illərdə aparılan elmi-tədqiqat işlərinə dair 2000-dən çox əsas elmi materiallar əldə edilmiş, sistemləşdirilmiş və onlar üzərində elmi araşdırmalar aparılmışdır. Bunlarla yanaşı Azərbaycanın müxtəlif geodinamik mənşəli regionlarında görülmüş elmi-tədqiqat işləri müasir elmi səviyyədə təhlil olunaraq onların inkişaf xüsusiyyətləri mərhələlər üzrə verilmişdir. Petrologiya və metallogeniya sahələrində əldə edilən elmi-tədqiqat işlərinin analitik təhlili və onların prioritet elmi istiqamətləri müəyyənləşdirilmişdir.

Azərbaycanın perlit yataqlarının geokimyəvi xüsusiyyətləri, onlarda meteor və yuvenil suların təbiəti öyrənilmişdir. Perlitlərin kənd təsərrüfatında, kimya sənayesində, ekologiyada, yeyinti, tikinti və digər sahələrdə tətbiq olunması prosesləri sınaqlan keçirilmiş, müsbət nəticələr əldə edilmiş və 7 müəlliflik şəhadətnaməsi alınmışdır.